Əhməd İsmayılov: “Azərbaycan və Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı birgə layihələr həyata keçirə bilər”

“Bu gün Azərbaycan mediası həm tarixi irsinə sadiq qalaraq, həm də qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Gürcüstan Media Forumunda çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu KEÇİRİLİR - FOTO


“Biz ilk dəfə olaraq birlikdə media forum keçiririk. Hesab edirik ki, bu, tarixdən güc alan əməkdaşlığımızın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından ölkələrimizin media mühitinə ciddi töhfə verəcək”, - deyə MEDİA-nın İcraçı direktoru vurğulayıb.

“Rəqəmsal texnologiyaların inkişafı medianın məsuliyyətini daha da artırır”

Əhməd İsmayılov qeyd edib ki, Forum ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən mövzuya – “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusuna həsr olunub:

“Məlumdur ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu dəyişikliklər həm dövlətlər, həm də cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır.
 

Bu baxımdan, forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür”.


Media islahatların başlıca məqsədi

MEDİA-nın İcraçı direktoru bildirib ki, hazırki qlobal informasiya təhdidləri və formalaşmış yeni reallıqlar çərçivəsində ölkələrimizin informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün lazımi şəraitin yaradılması böyük əhəmiyyət kəsb etməyə başlayıb:

“2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğu bir daha öz təsdiqini tapmışdır.

Azərbaycanda həyata keçirilən media islahatların başlıca məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi və rəqabət qabiliyyətinin artırılması, informasiya mühitinin sağlamlaşdırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
 

Bu gün biz ictimai etimadın formalaşdırılmasında medianın rolu haqqında bəhs ediriksə, ilk növbədə medianın özünə ictimai etimadın yüksək olmasının vacibliyini vurğulamalıyıq. Mediaya etimad heç şübhəsiz ki, ölkələrimizin informasiya təhlükəsizliyinin təmin edilməsində vacib komponentidir.


Etiraf etmək lazımdır ki, artıq insanların düşüncəsinə hakim kəsilmiş rəqəmsallaşma fenomeni ənənəvi media alətləri ilə müqayisədə daha böyük miqyası əhatə edərək, eyni zamanda yeni imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və səmərəli şəkildə çatmaq imkanı verir. Texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir”.

“Saxta xəbərlər ciddi təhlükəyə çevrilib”

Əhməd İsmayılov əlavə edib ki, rəqəmsallaşma yeni imkan və fürsətlər verdiyi kimi öz növbəsində ölkələrin media ekosistemləri üçün yeni təhdidlər də yaratmaqdadır:

“Belə ki, informasiyanın həddindən artıq bolluğu içində dezinformasiya və saxta xəbərlər ciddi təhlükəyə çevrilib. İstərdik ki, Forumun birinci panel sessiyasının mövzusu kimi müəyyənləşmiş “İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə media ekosisteminin gücləndirilməsi” barədə fikir mübadiləsi apararkən hər iki ölkənin dəyərli ekspertləri yeni tendensiyaların doğurduğu təhdidlərə münasibət bildirsinlər. 

Bu paneldə informasiya müharibələri, dezinformasiya kampaniyaları və xarici təsir cəhdləri fonunda media ekosisteminin möhkəmləndirilməsi istiqamətində mövcud təcrübələr müzakirə olunacaq. Əminik ki, bu diskussiyada səslənəcək təkliflər media subyektlərinin məsuliyyətinin artırılmasına, şəffaf və dayanıqlı kommunikasiya mühitinin qurulmasına töhfə verəcək.

“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusu ikinci panel sessiyasında müzakirə olunacaq.
 

Peşəkarlıq jurnalistikaya olan ictimai etimadın möhkəmlənməsinin əsas dayaqlarından biridir. Cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması isə yalan informasiyanın təsirinə qarşı ən güclü müdafiə mexanizmidir. Hesab edirik ki, Azərbaycan və Gürcüstan qlobal informasiya təhdidlərinə qarşı birgə layihələr həyata keçirə və bu istiqamətdə əməkdaşlığı gücləndirə bilər”.


Media savadlılığının artırılması üçün sistemli tədbirlər

Əhməd İsmayılov xatırladıb ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi cəmiyyətin media savadlılıq səviyyəsinin artırılması üçün artıq ənənə halını almış sistemli tədbirlər həyata keçirir:

“Hər ilin dekabr ayında Azərbaycanda “Media savadlılığı” həftəsi start götürməsi bu sahədə maarifləndirmə işlərini daha da gücləndirir. Biz bu istiqamətdə də Gürcüstanlı həmkarlarımızla əməkdaşlıq etməyə, təcrübə mübadiləsi aparmağa hazırıq.

Azərbaycan–Gürcüstan dostluğu və strateji tərəfdaşlığı yaşadığımız regionda nümunəvi əməkdaşlıq modelidir. Bizim ilk forumumuz isə əlaqələrimizin media sahəsində də yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO