AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yeni “Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir.

Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.

Yeni təyyarə müasir “Airspace” salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. “Airbus A321neo” əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları ilk “Airbus A321neo” təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib.

İkinci “A321neo”nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.

 

Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.

 

Bu çərçivədə Azərbaycan Hava Yolları 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır – FOTO

Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

End of content

No more pages to load

RADİO