Gəncədə məktəbdə zəhərlənənlərin sayı 7-ə çatıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, daha 2 şagird, 2012-ci il təvəllüdlü Ə.Z. və 2015-ci il təvəllüdlü N. R zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində təhsil alan 5 şagird qida zəhərlənməsi səbəbindən xəstəxanaya müraciət edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu