Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində üç ayın (iyul, avqust, sentyabr) tələbə təqaüdü sabah ödəniləcək.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Universitetdən məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 2-də tələbələrin plastik bank kartlarına vəsait köçürüləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bəzilərində təqaüdlər hər ay olmaqla ödənilir. Bəzilərində isə yay tətili dövründə təqaüdlər ödənilmir, əvəzində yeni tədris ili başlayanda üç ayın təqaüdü birdən verilir.
Bir çox universitet tələbələrin hesabına stipendiyanı köçürsə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri təqaüdləri ala bilməyiblər.
Günay Şahmar, Bizim.Media