İki il öncə yaradılan Türkiyənin "Manifest" qızlar qrupu oktyabrın 16-da "OVO Arena Wembley" səhnəsində ilk Böyük Britaniya konsertini verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “turkiyetoday.com” saytı yazıb.
Mənbə qeyd edir ki, altı nəfərdən ibarət qrup sentyabrın 24-də Londonda qayıqda çıxış edib. Məqsəd oktyabrın 9-da işıq üzü görəcək ilk ingilisdilli mahnıları olan "Tralala"nı təbliğ etməkdir.
Qrup üzvü Hilal Yelekçi başqa dillərdə oxunan musiqilərin dünyada məşhurlaşdığı kimi, insanların türk mahnılarını da oxuya biləcəyinə ümid etdiyini bildirib. Digər üzv Lidya Pinar isə Britaniyada konsert verəcəklərini öyrənəndə sevindiyindən ağlayıb.
Britaniya mətbuatına açıqlama verən qrup üzvləri ölkələrini beynəlxalq səviyyədə təmsil etməkdən qürur duyduqlarını vurğulayıblar. Qrupun qarşıdakı konsertinin afişaları artıq London küçələrini bəzəyib.
Rising girl group Manifest stun during boat party on the River Thames in London. pic.twitter.com/QPCBJigUJt
— Pop Crave (@PopCrave) September 25, 2026
Bizim.Media