Yeni nazir kollektivə təqdim olundu - FOTOLAR

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmiş, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarını və Rəşadət Qurban oğlu Nabatovun Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamını kollektivin diqqətinə çatdırıb. 

Qeyd edib ki, səhiyyə naziri vəzifələrinin müvəqqəti icrası Rəşadət Nabatova həvalə edilib.

Elşad Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.

Vurğulayıb ki, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.

Mövcud imkanlardan daha effektiv yararlanaraq, qarşıya qoyulan tapşırıqları operativ və düzgün həyata keçirilməli, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti müasir tələblərə uyğunlaşdırılmalıdır.

Baş nazirin birinci müavini bu işlərin icrasında kollektivə uğurlar arzulayıb.

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Rəsmiyyə Həşimova kollektiv adından çıxış edərək səhiyyənin davamlı inkişafı istiqamətində aparılan islahatlara görə dövlətimizə minnətdarlıq edib.








Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO