Azərbaycanda 5-ci kolon yenidən fəallaşır – Arxasında duran ŞƏXSLƏR 

Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda dəyişən reallıqlar Azərbaycan üçün yeni uğurlarla yanaşı, əzəli düşmənlərin də fəallaşmasına səbəb olub. Ordumuzun şanlı qələbəsinin bir il sonra bu dəfə fərqli müstəvidə Azərbaycana qarşı təxribat cəhbələri açılmağa başlayır. Bəzi maraq qrupları məqsədli şəkildə Azərbaycanın regionda güclənən nüfuzunu zədələməyə və sərhədləməyə çalışır.

Bu cür təxribatların xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda baş verməsi həqiqətən prosesin arxasında xarici maraq dairələrinin olduğunu deməyə əsas verir.

Son bir neçə ayda xarici mətbuatda Azərbaycana qarşı bir neçə ciddi təxribat həyata keçirilib. Bu təxribatlar içərisində xüsusilə diqqət çəkən Mossadın keçmiş yüksək rütbəli əməkdaşı, Benyamin Netanyahunun təhlükəsizlik üzrə müşaviri olmuş Uzi Aradın saxta müsahibəsi oldu. Əsasən türk və fransız dilli xəbər saytları tərəfindən tirajlanan saxta müsahibədə Azərbaycan haqqında əsassız iddialara yer verilir, məqsədli şəkildə regionda balansı poza biləcək iddilar səsləndirilirdi. 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandakı 5-ci kolon üzvləri kimlərdir? – Tural Abbaslı və Sərdar Cəlaloğlundan İŞARƏLƏR


Bu təxribatdan bir müddət sonra, bu dəfə Böyük Britaniyanın NATO-dakı keçmiş daimi nümayəndəsi Adam Consonun adı ilə saxta məqalə hazırlanıb.

Oxşar yanaşma ilə hazırlanan saxta məqalədə birbaşa Zəngəzur dəhlizi hədəf alınır və Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı əsassız iddialara yer verilirdi. Saxta məqalə müəllifləri bu dəfə öz kimliklərini gizləmək ehtiyacı duymur və əsassız iddialar Ermənistan və İran mətbuatında ardıcıl şəkildə tirajlanırdı. Təxribatların hədəfi isə dəyişməz olaraq qalırdı, Azərbaycanın nüfuzunu zədələmək və regionda qüvvələr balansını pozmaq.

Diqqət çəkici bir digər məqam isə bu təxribatlarla eyni vaxtda ölkə mətbuatında da oxşar məntiqə əsaslanan silsilə yazıların ortaya çıxmasıdır.

Qəribə şəkildə bəzi şəxslər və xəbər saytları Azərbaycana qarşı təxribatların qarşısını almağa çalışan, bu istiqamətdə fəal iş aparan qurumlar və şəxslər haqqında böhtan xarakterli yazılar dərc edir. Dövlətçiliyə və Azərbaycanın milli maraqlarına xidmət edənlərə qarşı aparılan qarayaxma kampaniyasının xarici təxribatlarla metodiki oxşarlığı isə xüsusilə diqqət çəkir.

Xarici mətbuatda Azərbaycana qarşı təxribat xarakterli saxta müsahibələrin ortaya çıxdığı anda kimlərsə ölkə gündəmini konkret şəxslərə və qurumlara qarşı yönləndirməyə cəhd edir.

Məqsədli şəkildə həyata keçirildiyi şübhə doğurmayan bu fəaliyyətlərin kimlər tərəfindən icra edildiyi də məlumdur.

Söhbət Azərbaycan siyasi sisteminin içlərinə qədər nüfuz etmiş “5-ci kolon”-dan və onun qalıqlarından gedir.

Azərbaycana qarşı böhtan kampaniyasının alətinə çevrilmiş “5-ci kolon”-un əsas vəzifəsi ölkə gündəmini dəyişmək, dövlətçiliyə xidmət edənləri hədəf almaqla yeni təxribatlar üçün zəmin hazırlamaqdır. Bilərəkdən və yaxud bilməyərəkdən xarici maraq qruplarının maraqlarını təmin etməyə çalışan “5-ci kolon” üzvlərinin maliyyə mənbələri də elə eyni ünvandır. 

Bununla bağlı Bizim.Media ilə fikirlərini bölüşən hüquqşünas Aslan İsmayılov vurğulayır ki, 5-ci kolon Azərbaycanın dövlət müstəqilliyini qəbul etməyən ölkələrin Azərbaycan hakimiyyətini öz diqtələrinə tabe etdirmək istəyənlər və ölkə daxilində onların istəklərini cürbəcür adlarla yerinə yetirən qüvvələrdir.

Aslan İsmayılov bu cür çirkin fəaliyyətin əsas təhlükələrindən də söz açıb:

“Təhlükəli olanlar xarici aktorlar yox, içimizdə bilərəkdən, yaxud bilməyərəkdən bizə qarşı olan dövlətlərin tərəfində olan qüvvələrdir. Bu sırada ən təhlükəli olanlar isə, ölkə içərisində və xaricində insan haqları, haqq ədalət mübarizəsi, müxalifət adı altında fəaliyyət göstərən özümüzdən olanlardır”.

Aslan İsmayılov həmin “özümüzdən olan baltaları” iki qrupa ayırıb:

1. Hakimiyyət hərisliyinə görə istənilən addımı atmağa hazır olanlar. Onlar hesab edirlər ki, hakimiyyəti devirməklə öz arzularına çatacaqlar.

2. Ancaq öz maddi maraqları naminə hakimiyyət dəyişikliyində nə isə qazanacaqlarını düşünənlər.

Hüquqşünas “5-ci kolon”un əsas məqsədini aşağıdakı formada şərh edib:

"Mənim üçün bu “siyasətçilər”in, “ictimai xadimlər”in məqsədləri tam aydındır, nəyin bahasına olursa olsun yenə əvvəlki illər kimi cəmiyyəti qarşıdurmaya sürükləmək, yeni yaradıcılıq, quruculuq işlərindən yayındırmaq və öz mövcudluqlarını, qazanc yerlərini saxlamaq

Azərbaycan üçün ciddi təhlükəyə çevrilmiş “5-ci kolon”-un qalıqları bu dəfə birbaşa dövlətin strateji fəaliyyət istiqamətlərini və milli maraqları hədəf almağa başlayıb.

Dövləti daxildən parçalamağa istiqamətlənmiş bu fəaliyyətlərin ən önəmli özünümüdafiə refleksini sıradan çıxarmağa hesablandığı aydındır.

Azərbaycana xidmət edənləri nüfuzdan salmaq, onların fəaliyyətini kölgələmək, cəmiyyətdə onlara qarşı inamı və etimadı azaltmaq bu fəaliyyətlərin əsas istiqamətləridir və bu işlər öz hüquqi qiymətini ən yaxın zamanda almalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Milli Qəhrəman Xankəndidə restoran açır

Milli Qəhrəman Xankəndidə restoran açır

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

Sumqayıtda SU KƏSİLƏCƏK

Sumqayıtda SU KƏSİLƏCƏK

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

End of content

No more pages to load

RADİO