Rusiyanın Belqorod şəhəri Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, hücum nəticəsində şəhərdə bir sıra binalarda yanğın baş verib, yaşayış məhəllələrində avtomobillər alovlanıb, həmçinin elektrik enerjisinin verilişində qəza səbəbindən fasilə yaranıb.
Bəzi KİV-lərin məlumatına görə, zərbələr Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyinin (DİN) inzibati binalarına endirilib. Həmin obyektlərdə yanğın baş verdiyi bildirilir.
İlkin məlumata əsasən, hücum nəticəsində 12 nəfər xəsarət alıb. Yaralananlar arasında iki uşağın da olduğu qeyd edilir.
Bizim.Media