Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Rostov vilayətinə hücum edib.
Bizim.Media xəbər verir ki, hücumun əsas hədəfi liman və dəmir yolu infrastrukturu olub.
Məlumata görə, zərbələr nəticəsində liman və dəmir yolu obyektlərinə ziyan dəyib. PUA-lardan biri isə yaşayış binasına düşüb.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Bizim.Media