Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Gələcəyin Tədqiqatçıları Proqramı" üzrə elan edilmiş vakansiyaya müraciət üçün ayrılmış müddət bu gün başa çatır.
Bizim.Media xəbər verir ki, müraciət etmək istəyən namizədlər son tarix başa çatmadan elan üzərində yerləşdirilmiş QR kod və ya təqdim olunan müraciət linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, proqram çərçivəsində seçilmiş namizədlərə 3000–3500 AZN əməkhaqqı ilə elmi-tədqiqat fəaliyyətində iştirak və peşəkar inkişaf imkanı yaradılacaq.

Bizim.Media