İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetini ABŞ-ın İsrail ordusunun Qəzza zolağı, Suriya və Livandan çıxarılmasında israrlı olması barədə məlumatlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Channel 13 telekanalı məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hər üç istiqamətdə mərhələli şəkildə geri çəkilməsini istəyir. Bunun tam, yoxsa qismən çıxarılmanı nəzərdə tutduğu isə açıqlanmayıb.
Məlumata görə, Netanyahu ABŞ-ın bu mövqeyi ilə razılaşmadığını bildirib və geri çəkilməyə qarşı çıxacağını vurğulayıb.
“Mən onlara yox deyəcəyəm”, – deyə İsrailin baş naziri Nazirlər Kabinetinin üzvlərinə bildirib.
Bizim.Media