İsrail Suriyanı zəif, Türkiyə isə güclü görmək istəyir

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaranan yeni geosiyasi vəziyyət fonunda Türkiyənin rolu və regiondakı güc balansı beynəlxalq ekspertlərin diqqət mərkəzindədir.

Bizim.Media xəbər verir ki, haqqin.az mövzu ilə bağlı üç ekspertin fikirlərini dərc edib.

Suriyalı türkmən siyasətçisi, Hələbdə fəaliyyət göstərən Türkmən Düşüncə Hərəkatının lideri Eyhəm Çamurun sözlərinə görə, İranın Suriyadan çıxması təkcə hərbi qüvvənin geri çəkilməsi deyil, həm də Tehranın illərlə formalaşdırdığı hərbi, təhlükəsizlik və iqtisadi təsir şəbəkəsinin dağılması deməkdir.
 

Onun fikrincə, Türkiyə İrandan fərqli olaraq Suriyada zəif və parçalanmış dövlət deyil, sərhədlərinə nəzarət edə bilən, silahlı qruplaşmaları cilovlayan, qaçqın axınını idarə edən və ticarət marşrutlarının təhlükəsizliyini təmin edən sabit dövlət görmək istəyir.


Türkiyəli təhlükəsizlik eksperti Güngör Yavuzaslan bildirib ki, Ankara hazırda Suriyada bütün fəaliyyətini Dəməşqin qanuni hökuməti ilə imzalanmış razılaşmalar çərçivəsində həyata keçirir.

Onun sözlərinə görə, Türkiyə ordusu Suriya hərbçilərini hazırlayır, texniki dəstək göstərir və yeni formalaşdırılan Suriya ordusunun ölkədə yaranmış boşluğu doldurmasına çalışır.

Yavuzaslan qeyd edib ki, yeni Suriya ordusunun əsasını vaxtilə Türkiyədə hərbi hazırlıq keçmiş bölmələr təşkil edir və məhz bu qüvvələr İran və Rusiyanın geri çəkildiyi ərazilərdə yerləşdirilir.
 

Siyasi şərhçi Turqay Türker isə hesab edir ki, Ankara Suriyada həm Dəməşq, həm də Qərb müttəfiqləri tərəfindən müsbət qarşılanan praqmatik siyasət yürüdür. Onun sözlərinə görə, Türkiyə Suriyada güclü mərkəzi hakimiyyətin tərəfdarı olduğu halda, İsrail Dəməşqdə zəif hakimiyyət görmək istəyir.


Bununla belə, ekspert hesab edir ki, bu fikir ayrılığı Türkiyə ilə İsrail arasında hərbi qarşıdurmaya gətirib çıxarmayacaq. Türker bildirib ki, nə Ankara Suriyanın yeni müharibə meydanına çevrilməsində maraqlıdır, nə də ABŞ belə bir ssenarini dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

End of content

No more pages to load

RADİO