Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya rəhbərliyi ölkə daxilində artan sosial-iqtisadi problemlərlə üzləşib.
Bizim.Media xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Putinin insanlardan gələn çoxlu daxili sualları var: “Benzin haradadır? Nə etməliyik? Logistikasız necə yaşayaq? Dizel yanacağı olmadan necə dolanaq?” Orada vəziyyət həqiqətən də kifayət qədər ağırdır", – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya prezidenti ən çox ölkə daxilində yaranan çağırışlardan və cəmiyyətin ona ünvanladığı suallardan ehtiyat edir.
Bizim.Media