Cenevrədə beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumatlar verildi - FOTO

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) regionu üzrə “Hər kəs üçün ədalətli rəqəmsal və yaşıl keçidlər” mövzusunda 2025-ci il üzrə Dayanıqlı İnkişaf Regional Forumu keçirilib.

Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin Avropa İqtisadi Komissiyasının birgə təşkil etdiyi forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, tədbirdə çıxış edən V.Quliyev Azərbaycanda son illər aparılan sosial islahatlara dair məlumat verib.

O, ölkədə əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində atılan addımları qeyd edib. Həmçinin dövlət sosial xidmətlərinin elektron qaydada təqdim edilməsi, proaktiv xidmət mexanizmlərinin yaradılması, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemində innovativ həllərin geniş tətbiqi sahəsində əldə olunan uğurları, “e-sosial” portalının və “Əmək və Məşğulluq” altsisteminin üstünlüklərini diqqətə çatdırıb.

Ölkəmizdə işçi qüvvəsinin yaşıl iqtisadiyyata keçid üçün zəruri olan yeni bacarıqlara yiyələnməsi istiqamətində aparılan işlər, yaşıl bacarıqların öyrədilməsinə hədəflənən peşə təlimləri və həssas əhali qruplarının əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi üçün icra olunan proqramlar barədə məlumatlar verilib. Rəqəmsal və yaşıl keçidin inklüziv şəkildə həyata keçirilməsinin, xüsusilə həssas qruplar üçün bərabər imkanların yaradılmasının aparılan işlərdə prioritetlərdən olduğu qeyd edilib.

Habelə Azərbaycanın ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyasını ratifikasiya etdiyi, ölkədə hökumət, həmkarlar ittifaqları və işəgötürənlərin təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sosial dialoqun və inklüziv əmək bazarının inkişaf etdirilməsi istiqamətində fəaliyyəti qeyd edilib.

Forumun gündəliyində ədalətli, yaşıl və rəqəmsal keçidlərin təmin olunması, rəqəmsal bacarıqların artırılması, əmək bazarının transformasiyası, məşğulluq və sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı məsələlər əksini tapıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO