Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın keçmiş postsovet məkanında Moskvanın təsirini bərpa etməyə və SSRİ dövründəki nüfuzunu geri qaytarmağa çalışdığını bildirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna lideri Helsinki Təhlükəsizlik Forumunda çıxışı zamanı bu barədə danışıb.
O, Rusiya rəhbərliyinin əsas məqsədinin regional hökmranlıq olduğunu vurğulayıb:
"Rusiya Sovet İttifaqında olduğu kimi eyni təsiri qaytarmaq istəyir. Yəni Ukraynanın geri qaytarılması, Qazaxıstanın işğalı, artıq güclü təsirinin olduğu Belarusda mövqelərinin daha da möhkəmlənməsi", — deyə Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, məhz bu ambisiyalar səbəbindən Baltikyanı ölkələr və Rusiya ilə həmsərhəd olan digər dövlətlər üçün ciddi təhlükəsizlik riskləri yaranır.
Bizim.Media