Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Səna şəhərinə silsilə aviazərbələr endirib.
Bizim.Media xəbər verir ki, aviazərbələr husilərin Taiz şəhəri istiqamətində həyata keçirdiyi olduqca uğurlu növbəti hücum əməliyyatından, habelə Ədən və Taiz arasındakı strateji əhəmiyyətli magistral yolu tamamilə kəsməsindən dərhal sonra baş verib.
Husilərin hücum əməliyyatının əvvəlində olduğu kimi, Səudiyyə Ərəbistanına sadiq yəmənli hərbi qruplaşmalar yenidən müqavimət göstərməyərək mövqelərini tərk edib qaçıblar.
Nəticədə son 48 saat ərzində ən azı min kvadratkilometr ərazi Sənanın (husilərin) tam nəzarətinə keçib. Əhalisi 700 mindən çox olan iri və strateji əhəmiyyətli Taiz şəhəri isə günlər, ən geci həftələr ərzində bütövlükdə Sənanın nəzarəti altına düşə bilər.
Bizim.Media