Xaçmaz-Quba yolunun Xaçmazın Yergüc kəndinfən keçən hissəsində 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 22:30 radələrində baş verən qəza zamanı "Azsamand" markalı avtomobillə Vaz-21099 markalı avtomobil toqquşub.
Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlara hazırda ilkin tibbi yardım edilir.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu