Kiyev yaxınlığında Rusiyanın zərbəsindən sonra Ukraynanın ən böyük əczaçılıq distribyutorlarından biri olan “Venta” şirkətinin anbarında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, anbarda “Bayer”, “Sanofi”, “Pfizer”, “Teva”, “Darnitsa”, “Farmak” və digər istehsalçılara məxsus dərman preparatları saxlanılırdı.
Hadisə nəticəsində anbarın ərazisində yanğın baş verdiyi bildirilib. Digər təfərrüatlar barədə məlumat verilməyib.
Bizim.Media