Ötən gündən başlayan qeyri-sabit hava şəraiti nəticəsində ölkənin şimal bölgəsinin aran ərazilərinə yağış, dağlıq zonalarına isə qar yağıb. Payızın ilk qarı Quba rayonunun Xınalıq kəndinə düşüb.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, kənd ərazisində qar örtüyünün hündürlüyü 1-2 santimetrə çatır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu