Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda fərdi evlərdə günəş panellərinin quraşdırılması və artıq istehsal olunan elektrik enerjisinin dövlət şəbəkəsinə satılması vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilə bilər. Bu mexanizm həm elektrik enerjisi xərclərinin azaldılması, həm də ailələrin enerji istehsalçısı kimi çıxış etməsi baxımından yeni imkanlar yaradır. 

Bəs hazırda günəş panelləri vasitəsilə elektrik enerjisi sataraq real gəlir əldə etmək nə dərəcədə mümkündür? Bu sistem gələcəkdə vətəndaşları aylıq “işıq pulu” ödəməkdən tamamilə azad edə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Azərbaycanda fərdi evlərdə günəş panellərinin quraşdırılması artıq təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan perspektivli investisiya modelinə çevrilə bilər deyib.

“Mövcud qaydalara əsasən, 150 kVt-dək bərpa olunan enerji qurğusuna malik fiziki şəxslər “aktiv istehlakçı” hesab olunur. Bu status vətəndaşlara istehsal etdikləri elektrik enerjisinin öz ehtiyaclarından artıq hissəsini dövlət elektrik şəbəkəsinə ötürmək, ehtiyac yarandıqda isə şəbəkədən enerji almaq imkanı verir. İlin sonunda şəbəkəyə ötürülən elektrik enerjisinin həcmi istehlakdan çox olarsa, yaranan müsbət fərqə uyğun olaraq vətəndaşa ödəniş edilir.

Bu modelin iqtisadi səmərəliliyi həm artıq enerjinin satışından əldə olunan gəlirlə, həm də şəbəkədən alınan elektrik enerjisinin həcminin azalması ilə bağlıdır. Hazırda günəş və digər bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin topdansatış tarifi 8,5 qəpik/kVts, əhali üçün pərakəndə tariflər isə aylıq istehlak həcmindən asılı olaraq 8,4, 10 və 15 qəpik/kVts təşkil edir”.

Asif İbrahimovun fikrincə, günəş panelləri quraşdıran ev sahibləri üçün əsas iqtisadi üstünlük artıq enerjini satmaqdan daha çox, istehsal olunan elektrik enerjisini birbaşa öz ehtiyaclarına yönəltməkdir.

“Belə olduqda şəbəkədən alınan elektrik enerjisinin həcmi azalır və nəticədə ailənin aylıq kommunal xərclərinə qənaət edilir. İstehlakdan artıq qalan enerjinin şəbəkəyə ötürülməsi isə əlavə gəlir əldə etmək imkanı yaradır.

Günəş panellərinin quraşdırılması hər bir evdə “işıq pulu”nun tamamilə aradan qalxacağı anlamına gəlmir. Günəş enerjisi əsasən gündüz saatlarında istehsal olunduğundan gecə saatlarında elektrik enerjisinə olan tələbatın ödənilməsi üçün şəbəkədən istifadə zərurəti yarana bilər. Enerjinin saxlanılması üçün batareyaların quraşdırılması isə evlərin enerji müstəqilliyini artıra bilsə də, ilkin investisiya xərclərini yüksəldir”.

Asif İbrahimovun qənaətinə görə, bu mexanizmin geniş tətbiqi Azərbaycanın enerji sistemində də mühüm dəyişikliklərə səbəb ola bilər.

“Fərdi evlərin kiçik enerji istehsalçılarına çevrilməsi elektrik enerjisinin müəyyən hissəsinin mərkəzləşdirilmiş istehsaldan evlərin damlarına keçməsinə şərait yaradar. Bununla yanaşı, aktiv istehlakçıların sayının artması paylayıcı elektrik şəbəkəsinin modernləşdirilməsini və ötürmə infrastrukturunun gücləndirilməsini də zəruri edir.

Günəş enerjisi sistemlərinin geniş yayılması üçün əsas şərt bu investisiyanın vətəndaşlar baxımından iqtisadi cəlbediciliyinin artırılmasıdır. Belə ki, günəş panellərinin, inverterlərin quraşdırılması və texniki xidmətlə bağlı xərclər nəzərə alınmalı, qoyulan vəsaitin neçə ilə geri qayıdacağı əvvəlcədən hesablanmalıdır. Məsələn, 10-15 min manat investisiya tələb edən sistemin özünü doğrultma müddəti və artıq istehsal olunan enerjinin satışından əldə ediləcək gəlir vətəndaşın qərarına birbaşa təsir göstərir”.

Asif İbrahimovun sözlərinə görə, geri dönüş müddətinin qısalması günəş panellərini sadəcə elektrik xərclərinə qənaət vasitəsi deyil, həm də uzunmüddətli investisiya alətinə çevirə bilər.

Beləliklə, günəş panellərinin fərdi evlərdə geniş tətbiqi vətəndaşların elektrik enerjisinə çəkdiyi xərcləri əhəmiyyətli dərəcədə azalda, bəzi hallarda isə əlavə gəlir əldə etməsinə imkan yarada bilər. Bununla belə, “işıq pulu”nun tamamilə aradan qalxması evin enerji istehlakından, günəş sisteminin gücündən, ilkin investisiyadan və enerji saxlama imkanlarından asılı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

End of content

No more pages to load

RADİO