Xəbər verdiyimiz kimi Türkiyənin İstanbul şəhərini təmsil edən “Fənərbağça” futbol klubu “Turan Tovuz”la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, klub sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edib.
Paylaşımda Azərbaycan və Türkiyənin bayraqları yer alıb və "salam, qardaş, Can Azərbaycan!" sözləri qeyd edilib.
Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" matçı saat 20:00-da başlayacaq.

Bizim.Media