Politoloq Aqil Məmmədov: "Avropa İttifaqı türk dünyası ilə yaxınlaşır"

"Avropa İttifaqının Türk dövlətləri ilə əlaqələri dərinləşdirmək üçün atdığı son addımlar, gələcək əməkdaşlığın daha da genişlənməsinə dair əhəmiyyətli bir siqnal kimi qiymətləndirilə bilər".

Bizim.Media xəbər verir ki, bunu Oxu.Az-a politoloq Aqil Məmmədov bildirib.


O qeyd edib ki, bu strateji dönüş kontekstində Türkiyə, Azərbaycan və Mərkəzi Asiya respublikaları kimi Türk dövlətləri Aİ üçün həm etibarlı tərəfdaşlar, həm də yeni əməkdaşlıq imkanları təqdim edən regionlar kimi ön plana çıxır:


"Aprel ayı ərzində planlaşdırılan görüş və məsləhətləşmələr bu intensivliyin artaraq davam edəcəyinə işarədir. Görünən odur ki, bahar havası münasibətlərin yenidən canlandırılması üçün maksimum dərəcədə səmərəli şəkildə istifadə ediləcək".

Almaniya Azərbaycanla yaxınlaşma siyasətinə keçir

Politoloq qeyd edib ki, bu kontekstdə ilk təmas bu gün Bakıda baş tutdu:
 

"Almaniya prezidentinin səfəri və intensiv görüşlər təkcə Bakı-Berlin münasibətləri baxımından deyil, eyni zamanda, Aİ-Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, ABŞ-Aİ münasibətlərində müşahidə edilən sərinlik fonunda Vaşinqtonun zəifləyən mövqelərini yerini tutmağa rəsmi Berlin can atır.


İkinci Dünya müharibəsindən sonra Yalta razılaşması ilə Qərb və Şərq maraq dairələrinə bölünən Avropa, SSRİ-nin dağılması nəticəsində Şərqi Avropa ölkələrinin Moskvanın təsirindən çıxması ilə yenidən dəyişdi. 2020-ci ildən sonra baş verən proseslər və Donald Trampın həyata keçirdiyi xarici siyasət nəticəsində Vaşinqtonun Qərbi Avropa maraq dairəsində müəyyən mənada əvvəlki nəzarətini itirdiyi müşahidə olunur. Yaltadan bəri ilk dəfə Almaniya təkcə Avropanın iqtisadi gücü deyil, eyni zamanda, siyasi mərkəzə çevrilmə perspektivinə real şans qazanıb.

Bu məqsədlə Almaniya təkcə Aİ daxilində deyil, həm də böyük gələcək vəd edən regionlarla yaxınlaşma siyasətinə keçid edir. Gözlənilir ki, Almaniya Qafqaz ölkələri ilə sıx təmas quraraq yaxın gələcəkdə bu regionda açılması mümkün olan geniş iqtisadi potensialdan faydalanmağa çalışacaq. 

Xəzər hövzəsindən təbii qaz və neft tədarükünün artırılması Aİ-nin uzunmüddətli enerji təhlükəsizliyi üçün prioritet məsələlərdəndir. Məsələn, Azərbaycanla imzalanan yeni enerji memorandumları və Cənub Qaz Dəhlizinin potensial genişləndirilməsi Avropanın qaz tələbatının bir hissəsini qarşılamağa kömək edəcək. Almaniya burada da, öz iştirakını artırmaq və mümkün qədər möhkəmləndirmək niyyətində olduğu görsənir".

Aİ-Türkiyə yüksəksəviyyəli iqtisadi dialoqu 6 illik fasilədən sonra intensivləşir
Politoloq daha sonra vurğulayıb ki, Aİ-nin Türk dövlətləri ilə yaxınlaşma siyasətinin başlanmasını göstərən digər mühüm amil, Türkiyə və Aİ arasında dialoq kanallarını inkişaf etdirmək üçün 2015-ci ildə təsis edilmiş Yüksəksəviyyəli İqtisadi Dialoq (HLED) mexanizminin yenidən canlandırılması barədə qərardır:
 

"Bu mexanizm çərçivəsində üç görüş keçirildikdən sonra verilmiş altı illik fasilədən sonra dialoqun bərpası 2024-cü ilin dekabr ayında Aİ-də təşkil edilən iclasda gündəmə gətirilib və Aİ zirvəsində də təsdiq olunaraq rəsmi xarakter alıb.


Bu yeni dövrün ilk toplantısı sabah, 3 aprel tarixində Brüsseldə keçiriləcək. Görüş, tərəflər arasında iqtisadi əlaqələrin sürətlənməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Məlumata əsasən, toplantıda Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnkişaf Şurası Bankı kimi Avropa mənşəli maliyyə qurumlarının yüksəksəviyyəli nümayəndələri də iştirak edəcəklər.

Altı illik fasilədən sonra dialoqun bərpa olunması Türkiyə-Aİ münasibətləri baxımından son dərəcə vacib addım kimi dəyərləndirilə bilər.

Türkiyə rəsmiləri mütəmadi şəkildə Aİ-yə üzvlüyün Ankara üçün strateji hədəf olduğunu vurğulayıblar. Türkiyənin qlobal enerji nəqli marşrutlarında dönüş nöqtəsi statusunda olması və yeni aşkar edilmiş yerli qaz ehtiyatları, Ankara-Brüssel xəttində iqtisadi prioritetləri daha da ön plana çıxarır. Aİ-nin Türkiyə ilə yüksəksəviyyəli iqtisadi dialoq formatında əməkdaşlığı bərpa etməsi də bu kontekstdə xarakterik nümunədir.

Ümumiyyətlə, Türkiyə ixracının təxminən 42 faizi Aİ ölkələrinə yönəldilir və Türkiyə ittifaqın beşinci ən böyük ticarət tərəfdaşı statusuna malikdir".

Səmərqənd sammiti: Aİ-nin Mərkəzi Asiya siyasətində yeni səhifə açılır

Aqil Məmmədov onu da əlavə edib ki, sabah, eyni zamanda, Türk dövlətləri ilə Avropa İttifaqı arasında yaxınlaşma məsələlərinin Türk dünyasının mənəvi paytaxtı Səmərqənddə müzakirə ediləcəyi gözlənilir:
 

"Aİ-nin iki ən yüksəksəviyyəli rəsmisi - Ursula fon der Lyayen və Antoni Koşta - 3-4 aprel tarixlərində Özbəkistanda səfərdə olacaqlar. Bu sammit, Avropa İttifaqının Mərkəzi Asiya ilə ikitərəfli əməkdaşlığı dərinləşdirmək və regional inteqrasiyanı genişləndirmək istiqamətindəki geosiyasi maraqlarını nümayiş etdirməsi üçün başlıca platforma rolunu oynayacaq.


Avrasiya məkanında cərəyan edən geosiyasi proseslər fonunda Aİ ilə Mərkəzi Asiya və bütövlükdə türk dünyası arasındakı münasibətlər tədricən daha da strateji əhəmiyyət kəsb etməkdədir.

Qeyd etmək lazımdır ki, Aİ 2019-cu ildə Mərkəzi Asiya dövlətləri ilə əlaqələri dərinləşdirmək məqsədilə yeni Orta Asiya strategiyası qəbul edib. Bu yenilənmiş strategiya region ölkələri ilə daha möhkəm, müasir və inklüziv tərəfdaşlığı gücləndirməyə, Mərkəzi Asiyanı daha sabit, iqtisadi və siyasi baxımdan bir-biri ilə əlaqəli bir məkana çevirməyə yönəlib.

Aİ Mərkəzi Asiyanın ikinci ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, bölgəyə qoyulan bütün xarici sərmayələrin 40 faizdən çoxunu təmin edən ən böyük investor rolunda çıxış edir.

İkitərəfli münasibətləri daha da dərinləşdirmək məqsədilə Aİ, Türkmənistan istisna olmaqla, bütün Orta Asiya dövlətləri ilə genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq sazişlərini (EPICA) razılaşdırıb.

Beləliklə, Almaniya prezidentinin Azərbaycana səfəri, Aİ-Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqunun yenidən bərpa olunması və Səmərqənddə Mərkəzi Asiya ilə ortaq zirvə görüşünə hazırlıqlar, Avropa İttifaqının uzunmüddətli əməkdaşlıq istiqamətində real addımlar atdığını göstərir.
 

Bu vəziyyət, türk dilli dövlətlərin yaşadığı coğrafiyada yeni tərəfdaşlıq formatlarının formalaşmasına zəmin yaradır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin xammal ehtiyatları, tranzit potensialı, Türkiyənin mühüm nəqliyyat habına çevrilməsi Avropa üçün geniş perspektivlər açır.


Digər tərəfdən, region dövlətləri də Aİ ilə tərəfdaşlığı iqtisadi modernləşmə, investisiya artımı və beynəlxalq bazarlara çıxış baxımından səmərəli hesab edirlər.

Gözləmək olar ki, qarşıdakı illərdə regiondakı aktivlik daha da yüksələcək, bir sıra irimiqyaslı infrastruktur və enerji layihələrinə start veriləcək. Rəqabət mühitinin güclənməsi isə həm Aİ, həm də region ölkələri üçün yeni imkanlar yaratmaqla yanaşı, mürəkkəb geosiyasi şəraitdə balans qurmağa da kömək edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 min nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 min nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

End of content

No more pages to load

RADİO