Daha iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Daha iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, komitə sədri Sadiq Qurbanov gündəliyə iki məsələnin – “Su təchizatı və tullantı suları haqqında” Qanunda (ikinci oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik olunması barədə qanun layihələri daxil edildiyini deyib.

“Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini təqdim edən komitə sədri sənədlə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, qaldırılan məsələlərə aydınlıq gətirildiyini bildirib.
Layihədə tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsaslarının təkmilləşdirilməsi, təklif olunan qoşulma qaydalarının mövcud istehlakçıların hüquqlarının qorunması, keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılması və yüksəldilməsi, sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığının təmin edilməsi ilə bağlı dəyişikliklər əksini tapıb.

Sonra Sadiq Qurbanov “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

O bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Komitə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su təsərrüfatı sahəsinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin vacibliyi ilə bağlı fikirlərini açıqlayıb.
Müzakirəyə çıxarılan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Yevlaxda ağır qəza: 2 ölü var

Yevlaxda ağır qəza: 2 ölü var

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

End of content

No more pages to load

RADİO