Azərbaycan Prezidentindən serbiyalı həmkarına TƏBRİK MƏKTUBU

Azərbaycan Prezidentindən serbiyalı həmkarına TƏBRİK MƏKTUBU
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Serbiyanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Sizin qətiyyətli liderliyiniz sayəsində dost Serbiya hərtərəfli inkişaf edir və böyük uğurlara imza atır. Keçən ilin sonunda ölkənizdə baş tutmuş növbədənkənar parlament seçkilərinin nəticələri Sizin həyata keçirdiyiniz ümummilli siyasətə, əzmkar fəaliyyətinizə xalqınızın dəstəyini, Sizə olan inam və etimadı bir daha bariz şəkildə təsdiq etdi.
Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim.

Siyasi əlaqələrimizin yüksək səviyyəsi, qarşılıqlı ali səfərlər və davamlı təmaslarımız bütün sahələr üzrə fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımızın növbəti əyani nümunəsidir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi olduqca genişdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığının böyük potensialından tam şəkildə istifadə etmək və strateji tərəfdaşlığımızı daha da gücləndirmək məqsədilə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Sabah bu bölgədə QAZ OLMAYACAQ

Sabah bu bölgədə QAZ OLMAYACAQ

Baxçalı: “Azərbaycanla Türkiyə arasındakı qardaşlıq daha dərin, tarixi xarakter daşıyır”

Baxçalı: “Azərbaycanla Türkiyə arasındakı qardaşlıq daha dərin, tarixi xarakter daşıyır”

Gündə bir pomidor yemək bu xəstəliyi sağaldır – ARAŞDIRMA

Gündə bir pomidor yemək bu xəstəliyi sağaldır – ARAŞDIRMA

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala YÜKSƏLDİ

Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala YÜKSƏLDİ

BTQ Fransa Senatının Korsika ilə bağlı konstitusiya islahatını rədd etməsini PİSLƏDİ

BTQ Fransa Senatının Korsika ilə bağlı konstitusiya islahatını rədd etməsini PİSLƏDİ

Putin Zelenskinin Moskvaya gələ biləcəyini TƏSDİQLƏDİ

Putin Zelenskinin Moskvaya gələ biləcəyini TƏSDİQLƏDİ

Pul çatışmazlığını tezliklə unudacaq BÜRCLƏR

Pul çatışmazlığını tezliklə unudacaq BÜRCLƏR

Prezident və ailəsinin retrospektiv sərgi ilə tanışlığına dair VİDEOÇARX

Prezident və ailəsinin retrospektiv sərgi ilə tanışlığına dair VİDEOÇARX

Azərbaycanın turizm potensialı beynəlxalq platformalarda tanıdılacaq - FOTO

Azərbaycanın turizm potensialı beynəlxalq platformalarda tanıdılacaq - FOTO

Uşakov: “Rusiya Ukrayna üzrə danışıqlarda Avropanı kimin təmsil edəcəyini müzakirə etmir” - VİDEO

Uşakov: “Rusiya Ukrayna üzrə danışıqlarda Avropanı kimin təmsil edəcəyini müzakirə etmir” - VİDEO

Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

Avropada xərçənglə bağlı DİQQƏTÇƏKƏN NƏTİCƏLƏR

Avropada xərçənglə bağlı DİQQƏTÇƏKƏN NƏTİCƏLƏR

Bacıları bir-birindən imtina etdilər

Bacıları bir-birindən imtina etdilər

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

TƏBİB Bahadur Rzayevə həvalə olundu

TƏBİB Bahadur Rzayevə həvalə olundu

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

End of content

No more pages to load

RADİO