İdman
Bu gün 21:10

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya səfər edə biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” informasiya agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə söhbəti zamanı Zelenskinin Moskvaya gələcəyi təqdirdə onun üçün bütün lazımi şəraitin, o cümlədən təhlükəsizliyin təmin ediləcəyini bildirib.
Bizim.Media