Multimedia
Bu gün 21:17

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq.
Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən məlumat verilib.
Qeyd edilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media