Sərhədimizdə açılan atəş Borrelli “ÜRƏYİNDƏN VURDU” – Aİ rəsmisinin ABSURD TƏƏSSÜFÜ 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında gözlənilməz açıqlamalar verib. Təbii ki, Ali nümayəndənin fikirləri ənənəyə sadiq olaraq anti-Azərbaycan ruhunda olub. 

Amma ilk dəfə olaraq o Ermənistan hakimiyyətini də qınayıb:

“Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə qarşı atəş açması təəssüf doğurur”.

Guya ki, hər dəfə atəşkəsi Azərbaycan pozurmuş, amma bu dəfə nədənsə Ermənistan ənənəni pozub. Bu da Qərb dairələrində “təəssüf doğurur”.

Amma sonrakı fikirləriylə vitse-prezident özünü ifşa edib. Onun söylədiyi sözlərdən belə nəticə hasil olur ki, Qərb atəşkəsin pozulmasını istəyir, amma bunun Azərbaycan tərəfindən edilməsi onların işinə daha çox yarayır. 

Lakin, Borrell danışarkən bir faktı görməzlikdən gəlir ki, Azərbaycan heç vaxt atəşkəsi pozmayıb. Yalnız adekvat cavablar verib. Və bu dəfə də belə olub. 

Borrell nəyin marağındadır?

Nəzərə alaq ki, Qərbin Cənubi Qafqazla bağlı məkrli planı var. Bu planın ilk halqası isə atəşkəsin pozulmasıdır. Məhz bu atəşkəsin pozulacağı anın həvəsi ilə Aİ-nin 408 “müşahidəçisi” neçə aydır ki, qarlı-şaxtalı havada dağ başında dayanıb. Turbinlə təmas xəttinə boylanırlar ki, Azərbaycan tərəfdən nə zaman atəş səsi gələcək. Onlar da bunu bayraq eləyib aləmə car çəksinlər ki, “Azərbaycan sülh yox, müharibə istəyir”.  

Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl səsləndirdiyi “faktiki olaraq Ermənistanla Azərbaycan arasında sülh var. Təmas xəttində neçə aydır ki, nisbi sabitlikdir” fikri Qərb üçün soyuq duş oldu.

Bu fikirlər Qərbi qıcıqlandırdı. Ona görə də Ermənistana təzyiq edildi ki, “atəşkəsi pozun”. Və belə də oldu. Təbii ki, Azərbaycanın adekvat cavabı daha qəti və kəsərli oldu. Amma Qərbə nəticə yox, atəşkəsin pozulması faktı lazımdır.

Qərb atəşkəsin pozulmasını niyə istəyir?

Məlumdur ki, Qərb hər vasitə ilə Cənubi Qafqaza soxulmaq istəyir. Bunun üçünsə ən yaxşı vasitə Ermənistan-Azərbaycan münaqişəsidir. Ona görə də Qərb istəyir ki, münaqişə yenidən alovlansın və Qərb ən azından “sülhməramlı missiya” adı altında bölgəyə soxulsun.

Nəzərə alaq ki, Qərbin çoxdan hazırladığı bədnam bir planı var. Bu plan da ondan ibarədir ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə bufer zona yaradılsın və hər iki tərəf qoşunlarını bir neçə kilometr geri çəksin. Həmin bufer zonaya isə Qərbin “sülhməramlıları” yerləşdirilsin. 

Təsadüfi deyil ki, Cozep Borrell dünənki çıxışında qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi yenidən gündəmə gətirmək istəyib.

Təkcə bu fakt göstərir ki, Qərb Cənubi Qafqazda müharibənin alovlanmasında nə qədər maraqlıdır. Baxmayaraq ki, Azərbaycanın müharibənin qurtardığını, sülhün prioritet olduğunu deyir, bu istiqamətdə konkret addımlar atır. Amma Qərb yenə də öz ampluasındadır. Guya hər dəqiqə “ermənilərlə azərbaycanlılar bir-birini qıra bilər” və bu qırğının da qarşısını ancaq Qərbin “sülhməramlıları” ala bilərlər.

Bu açıq təcavüz, tərəfləri müharibəyə təşviq etməkdir. 

Bu cür sərsəm və məsuliyyətsiz çıxışlar tərəflər arasında sülh danışıqlarını istisna edir. Ən azından yaxın perspektiv üçün sülh danışıqlarını gündəmdən çıxarır. 

Qərb bütün vasitələrlə Cənubi Qafqaza soxulmaq istəyir. Bölgədə təsir imkanlarını gücləndirməyə çalışır. Bu variantın Azərbaycan və Ermənistanın suveren hüquqlarına və ərazi bütövlüyünə təcavüz olması faktı isə Qərbi qəti düşündürmür. Əsas odur ki, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarsın və özləri bu bölgəyə soxulsun. Bu çirkin planın icra prosesində ölkələrin və insanların yaşayacağı itkilər də təbii ki, Qərbi qəti narahat etmir.

Aİ nümayəndəsinin dünənki, çıxışında ikrah doğuran digər məsələ isə münaqişənin təsirinə məruz qalmış insanlarla bağlı növbəti dəfə dini və etnik əsasda ayrı seçkiliyə yol verməsidir. Belə ki, Cozep Borrell Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə, könüllü şəkildə köçüb getmiş erməniləri “qaçqın” adlandıraraq, onlara humanitar qayğıdan danışır. 

Həmin prosesdən artıq 6 ay keçib. Azərbaycanın təkidlərinə baxmayaraq gedən ermənilər geri qayıtmadı. Ona görə də bu məsələ artıq gündəmdən çıxıb. 

Lakin Borrel məsələni zorla gündəmə gətirməyə çalışır. Guya ki, Ermənistanla Azərbaycan arasınnda münaqişə bitməyib və davam edir. “Humanist” Qərb də bu problemi həll etməyə çalışır. Amma bu çağırışlarda belə Qərb ədalət hissini itirir və qərəz nümayiş etdirir. Çünki Ali nümayəndə Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə danışmır.

Bütün bunlar bir daha sübut edir ki, Borrel başda olmaqla Qərb liderləri Cənubi Qafqazda davamlı sülhün olmasını qətiyyən istəmirlər. Onlar bölgədə “zəif bənd” olan Ermənistandan da çirkin məqsədlər üçün istifadə edirlər.

Lakin Qərb unudur ki, artıq dövr dəyişib. Azərbaycanla güc dilində danışmağın zamanı keçib. Azərbaycana qarşı təşkil edilən istənilən təxribat fevralın 13-də olduğu kimi öz layiqli cavabını alacaq. Yaxşı olar ki, Qərb Cənubi Qafqaz siyasətinin iflası faktı ilə barışsın və bölgəyə davamlı sülhün gəlməsinə əngəl olmasın.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qırmızı, yoxsa ağ soğan daha faydalıdır? — Diyetoloqlar cavab verdi

Qırmızı, yoxsa ağ soğan daha faydalıdır? — Diyetoloqlar cavab verdi

Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

“TikTok” üçün video çəkmək istəyən azyaşlını “TOK” VURDU

“TikTok” üçün video çəkmək istəyən azyaşlını “TOK” VURDU

Futbol tarixində yeni dünya rekordu: 109 oyundur məğlub olmurlar

Futbol tarixində yeni dünya rekordu: 109 oyundur məğlub olmurlar

Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Tramp: “Hörmüz ABŞ ərazisidir” – VİDEO

Tramp: “Hörmüz ABŞ ərazisidir” – VİDEO

BİZİM TƏQVİM:22 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:22 avqustda baş vermiş tarixi hadisələr

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO