Səməd Seyidov: “Regionda sülhün bərpasına mane olanlara qarşı lazımi addımların atılıb”

Yanvarın 29-da Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə komitə sədri Səməd Seyidov bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndiyini və artıq yeni səviyyəyə yüksəldiyini bildirib.

O, Hulusi Akarın Türkiyənin milli müdafiə naziri olduğu dövrdə gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.
Komitə sədri Qarabağ məsələsində, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin önəmindən bəhs edib, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsinin mühüm tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın regionda sülh və əmin-amanlığın tərəfdarı olduğunu, lakin buna maneçilik törədildiyini və bu maneələrə qarşı lazımi addımların atıldığını söyləyib.

Səməd Seyidov Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib.

Hulusi Akar ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafdan məmnunluğunu bildirib. Qonaq səfər zamanı keçirdiyi görüşlərdən, aparılan danışıqlardan razılıqla söhbət açıb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişaf etdiyini söyləyib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Qonaq Azərbaycan ərazilərinin 30 il ərzində işğalı dövründə Türkiyə dövlətinin və xalqının narahatlıq keçirdiyini, 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsindən qürur duyduqlarını söyləyib. O, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin edilməsinin, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri çıxış edərək əlaqələrimizin tarixi və bu günü, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini açıqlayıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

“Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO

“Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO

Müasir insan 150 il yaşaya bilər – Alimlər yolunu TAPDI

Müasir insan 150 il yaşaya bilər – Alimlər yolunu TAPDI

SON DƏQİQƏ! Xalq artisti ağır qəzaya düşdü - FOTO

SON DƏQİQƏ! Xalq artisti ağır qəzaya düşdü - FOTO

Ağcaqanadların bəzi insanları daha çox sancmasının səbəbi BƏLLİ OLDU

Ağcaqanadların bəzi insanları daha çox sancmasının səbəbi BƏLLİ OLDU

“TikTok” videosu çəkərkən “tok” vuran azyaşlının SON DURUMU

“TikTok” videosu çəkərkən “tok” vuran azyaşlının SON DURUMU

Qanında B12 vitamini yüksək olanlara XƏBƏRDARLIQ

Qanında B12 vitamini yüksək olanlara XƏBƏRDARLIQ

Banklar daha çox əmanətçi cəlb etmək üçün bu üsula ƏL ATDILAR

Banklar daha çox əmanətçi cəlb etmək üçün bu üsula ƏL ATDILAR

Acqarına təmiz zeytun yağı içmək vərdişinə son verin — ZƏRƏRLİDİR

Acqarına təmiz zeytun yağı içmək vərdişinə son verin — ZƏRƏRLİDİR

İntuisiyası ən güclü olan 5 BÜRC – Hissləri onları yanıltmır

İntuisiyası ən güclü olan 5 BÜRC – Hissləri onları yanıltmır

Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar

Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar

Bakıda dəhşətli qəza- Ölən və yaralananlar var – Video

Bakıda dəhşətli qəza- Ölən və yaralananlar var – Video

Sözdə “vahid xalq”, əməldə SOYQIRIMI SİYASƏTİ – Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi İNSANLIQ CİNAYƏTLƏRİ

Sözdə “vahid xalq”, əməldə SOYQIRIMI SİYASƏTİ – Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi İNSANLIQ CİNAYƏTLƏRİ

Temperatur 40 dərəcəyə yüksələcək – PROQNOZ

Temperatur 40 dərəcəyə yüksələcək – PROQNOZ

Yeni orqan kəşf edildi

Yeni orqan kəşf edildi

Xalq artisti yeni imicdə- VİDEO

Xalq artisti yeni imicdə- VİDEO

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Ekspres marşrutun hərəkət sxemi dəyişdiriləcək

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Ekspres marşrutun hərəkət sxemi dəyişdiriləcək

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? – RƏSMİ AÇIQLAMA

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? – RƏSMİ AÇIQLAMA

Hər axşam dəfnə yarpağını yandıranda nə baş verir?

Hər axşam dəfnə yarpağını yandıranda nə baş verir?

Bakıda 27 yaşlı oğlan öldürüldü- Qardaşı saxlanıldı

Bakıda 27 yaşlı oğlan öldürüldü- Qardaşı saxlanıldı

Kəlbəcərdən Laçına daha tez getmək mümkün olacaq – VİDEO

Kəlbəcərdən Laçına daha tez getmək mümkün olacaq – VİDEO

Sahibkarlar üçün yeni güzəştlər - Sentyabrın 1-dən

Sahibkarlar üçün yeni güzəştlər - Sentyabrın 1-dən

Ölkədən çıxışına qadağa qoyuldu

Ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz təmir olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz təmir olunacaq

End of content

No more pages to load

RADİO