Dünyanın diqqəti Bakıya YÖNƏLƏCƏK – Ölkəmizin “COP29”a ev sahibliyi etməsinin STRATEJİ ÖNƏMİ

Dünyanın diqqəti Bakıya YÖNƏLƏCƏK – Ölkəmizin “COP29”a ev sahibliyi etməsinin STRATEJİ ÖNƏMİ
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - "COP-29" gələn ilin noyabrında Azərbaycanda keçiriləcək, Artıq bununla bağlı hazırlıq işləri də başlayıb. Bununla bağlı qərar “COP-28”-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.

Bəs, bu tədbirin ölkəmizdə keçirilməsinin hansı əhəmiyyəti var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bu tədbirin Şərqi Avropa ölkələri üçün nəzərdə tutulduğunu bildirib.

Tədbirin təşkilinin məhz ölkəmiz üçün çox yaxşı hal olduğunu deyən ekspertin sözlərinə görə, artıq Azərbaycanı Şərqi Avropa ölkəsi kimi qəbul etməyə başlayıblar:

“Bu ölkələr arasındakı rəqabət nəticəsində bu tədbirə ev sahibliyi etmək böyük uğurumuzdur. Burada təkcə ekoloji məsələlər deyil, həm də bir sıra digər məsələlər gündəmə gətirilir. Dekabrın 7-də Azərbaycan və Ermənistan birgə açıqlama verdilər. Onlar sülhə getdiklərini və bunun üçün addımlar atdıqlarını vurğuladılar. Bu da dünyanın digər nöqtələrində baş verən bütün qaynar proseslərin fonunda böyük nəticədir. 

Çünki uzun illərdən sonra ilk dəfə böyük sülhə çağırış edilir. Dünyada sülh və stabillik olmalıdır ki, dövlətlər öz enerjilərini məhz iqlim dəyişiklikləri proseslərinə cəlb etsinlər və bu sahədə öz töhfələrini versinlər. Müharibələrin və ölümlərin olduğu yerdə ekologiya, atmosfer, iqlim təhlükəsizliyi və digər məsələlər heç kimin yadına düşməz”. 

“Azərbaycanın çağırışları mühümdür”

Müsahibimizin fikrincə, əgər iqlim dəyişiklikləri ilə bağlı proseslərə real göstəricilərlə baxılsa, Xəzər hövzəsi dövlətlərinin verdiyi töhfələri açıq şəkildə görmək olar:

“Bəlli olduğu kimi, bu bölgə qapalı bir yerdir, dünya okeanları ilə heç bir əlaqəsi yoxdur, unikal bir ekosistemdir və burdakı ölkələrin hamısı neft-qaz hasil edir. Bunlardan ikisi – Rusiya və Qazaxıstan isə kömür istehsalına görə dünyanın lider ölkələridir. 

Xəzər həm də ənənəvi enerji ilə ən zəngin hövzədir. Bu baxımdan da “COP-29”-un Azərbaycanda keçirilməsi və rəsmi Bakı tərəfindən edilən çağırışlar çox mühümdür. Bu vaxta qədər baş tutan 28 tədbirdə əldə edilməyən nailiyyətləri də ortaya çıxarmaq olar”. 

Dubaydakı 28-ci tədbirin çox gərgin keçdiyini xatırladan İ.Şaban, yekun sənəddə edilən çağırışları da diqqətə çatdırıb:

“Çağırış ənənəvi enerjinin tam deyil, tədricən dayandırılması və texnoloji imkanlar hesabına ekoloji tarazlığın əldə edilməsi ilə bağlı oldu. Bəs bu tarazlıq necə əldə edilir? Bunlar metanın havaya buraxılması, məşəl qazlarının yandırılmasının aradan qaldırılması, ənənəvi enerjini azaltmaq və ya saxlamaqdır. 

Xüsusilə də texnoloji imkanlarla və yeni həllərlə atmosferə atılan karbon qazının həcmini kifayət qədər azaltmaq mümkündür. Bu baxımdan, hesab edirəm ki, “COP-29”-da ölkələr sırf texnoloji həllərlə bağlı öz nailiyyətlərini ortaya qoyacaq və açıq şəkildə nümayiş etdirəcəklər”.

Qeyd edək ki, “COP”-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvləri arasından bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il “COP-29”-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşüb.

Bildirək ki, Azərbaycan bu tədbir ev sahibliyi üçün əvvəlcədən müraciət etmişdi. Eyni zamanda, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdü. Amma dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan, ardınca da Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Binə sakinlərinin NƏZƏRİNƏ: Söküntü başladı – VİDEO

Binə sakinlərinin NƏZƏRİNƏ: Söküntü başladı – VİDEO

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Viktor Orbanın qızı ailəsi ilə birgə Londona köçdü - Macarıstandakı aktivlərini satır - FOTO

Viktor Orbanın qızı ailəsi ilə birgə Londona köçdü - Macarıstandakı aktivlərini satır - FOTO

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi

Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

Bu ölkə 4 illik fasilədən sonra “Avroviziya-2027”yə qayıdır - FOTO

Bu ölkə 4 illik fasilədən sonra “Avroviziya-2027”yə qayıdır - FOTO

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO

Budanov Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib etdi

Budanov Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib etdi

Tarixi köklərdən müasir diplomatiyaya - Azərbaycanın İslam dünyasında ARTAN NÜFUZU

Tarixi köklərdən müasir diplomatiyaya - Azərbaycanın İslam dünyasında ARTAN NÜFUZU

"Qarabağ" 6 000 manat cərimələndi

"Qarabağ" 6 000 manat cərimələndi

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı xeyli azalıb

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı xeyli azalıb

Prezident Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı ilə bağlı FƏRMAN

Prezident Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı ilə bağlı FƏRMAN

Maliyyə Nazirliyinin vəzifələrindən biri LƏĞV OLUNDU

Maliyyə Nazirliyinin vəzifələrindən biri LƏĞV OLUNDU

Azərbaycanda 17 minə pişik satılır – FOTO

Azərbaycanda 17 minə pişik satılır – FOTO

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

End of content

No more pages to load

RADİO