“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“AzerGold” QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub.

Bizim.Media xəbər verir ki, oktyabrın 27–28-də “Resurslardan qlobal imkanlara doğru” şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyinin və Metallurgiya Assosiasiyasının təşkilati dəstəyi, “Congresses of Central Asia – CCA” şirkətinin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə 19 ölkədən 40-dan çox spiker və moderator, 500-dən artıq nümayəndə, o cümlədən müxtəlif ölkələrin aparıcı dövlət qurumlarının və şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirin “Mərkəzi Asiya üçün yeni resurs arxitekturası” adlı əsas plenar sessiyasında Özbəkistan Respublikasının dağ-mədən sənayesi və geologiya nazirinin müavini Ural Yusupov, Kanadanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Daqqan, eləcə də yerli və xarici mədən şirkətlərinin nümayəndələri çıxış ediblər.
 

Plenar sessiyada çıxış edən “AzerGold” QSC-nin Özbəkistandakı törəmə müəssisəsi – “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru İlyas İsmayıllı dağ-mədən sənayesi sahəsində inkişaf edən strateji tərəfdaşlıq və həyata keçirilməsi planlaşdırılan birgə layihələr barədə məlumat verib.


İ. İsmayıllı “AzerGold” QSC-nin Azərbaycandan kənarda ilk törəmə müəssisəsinin məhz Özbəkistanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasındakı yüksək səviyyəli dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafına, eləcə də irimiqyaslı birgə layihələrin həyata keçirilməsinə güclü təkan verir.

Çıxış zamanı yeni şirkət tərəfindən Özbəkistanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, Qaşqadərya vilayətinin Kitab rayonunda yerləşən “Akba” qızıl yatağının birgə inkişafı layihəsinin ilkin mərhələsində əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının və ekoloji tədqiqatların keçirilməsi planlaşdırılır. Geoloji kəşfiyyatın nəticələrinin müsbət olacağı təqdirdə birgə müəssisənin yaradılması və yatağın istismarına başlanılması nəzərdə tutulur.
 

Bununla yanaşı, “AzerGold” QSC tərəfindən Nəvai vilayətində yerləşən “Toşmaçit”, “Boştut” və “Boboşil” perspektivli sahələrində qızıl və nadir torpaq elementləri üzrə geoloji tədqiqatların aparılması, eləcə də Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.


Qeyd olunub ki, əməkdaşlığın gələcəkdə yeni birgə layihələrlə genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Toplanmış təcrübə və formalaşan tərəfdaşlıq əlaqələri perspektivdə üçüncü ölkələrdə də birgə fəaliyyət üçün zəmin yarada bilər.

Forum çərçivəsində, Mərkəzi Asiyada dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün uğurlu investisiya modelləri, regionun sənaye mərkəzi kimi mövqeyinin gücləndirilməsi, resurs təhlükəsizliyi məsələləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılması və yeni bazarlara çıxış imkanları barədə fikir mübadiləsi aparılıb.

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO - foto 1
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO - foto 2
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO - foto 3
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO - foto 4
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO - foto 5
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

Uşakov: “Ukrayna ilə bağlı danışıqlar masasına avropalılar dəvət olunmayacaq” – VİDEO

Uşakov: “Ukrayna ilə bağlı danışıqlar masasına avropalılar dəvət olunmayacaq” – VİDEO

Paytaxtın 16 istiqamətində tıxac var - FOTO

Paytaxtın 16 istiqamətində tıxac var - FOTO

Azərbaycan kubokunda növbəti 1/8 finalçı BİLİNDİ

Azərbaycan kubokunda növbəti 1/8 finalçı BİLİNDİ

Şan balı yoxsa süzmə bal? - Mütəxəssislər ən faydalısını açıqladı

Şan balı yoxsa süzmə bal? - Mütəxəssislər ən faydalısını açıqladı

İsraildə səslərin 85 faizi hesablandı: Netanyahunun bloku 53 mandat qazanıb

İsraildə səslərin 85 faizi hesablandı: Netanyahunun bloku 53 mandat qazanıb

Dövlət xətti ilə ipoteka kreditinin verilməsi QAYDALARI dəyişdi

Dövlət xətti ilə ipoteka kreditinin verilməsi QAYDALARI dəyişdi

Azərbaycan Məkkə Konvensiyasına qoşuldu

Azərbaycan Məkkə Konvensiyasına qoşuldu

Yaxın qohumların 5 milyonluq dələduzluq ƏMƏLLƏRİ

Yaxın qohumların 5 milyonluq dələduzluq ƏMƏLLƏRİ

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Binə sakinlərinin NƏZƏRİNƏ: Söküntü başladı – VİDEO

Binə sakinlərinin NƏZƏRİNƏ: Söküntü başladı – VİDEO

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Viktor Orbanın qızı ailəsi ilə birgə Londona köçdü - Macarıstandakı aktivlərini satır - FOTO

Viktor Orbanın qızı ailəsi ilə birgə Londona köçdü - Macarıstandakı aktivlərini satır - FOTO

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi

Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

Bu ölkə 4 illik fasilədən sonra “Avroviziya-2027”yə qayıdır - FOTO

Bu ölkə 4 illik fasilədən sonra “Avroviziya-2027”yə qayıdır - FOTO

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO

Budanov Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib etdi

Budanov Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib etdi

Tarixi köklərdən müasir diplomatiyaya - Azərbaycanın İslam dünyasında ARTAN NÜFUZU

Tarixi köklərdən müasir diplomatiyaya - Azərbaycanın İslam dünyasında ARTAN NÜFUZU

"Qarabağ" 6 000 manat cərimələndi

"Qarabağ" 6 000 manat cərimələndi

End of content

No more pages to load

RADİO