
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla mübahisə etməsi barədə yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, Budanov RBC-Ukrayna nəşrinə açıqlamasında məlumatların həqiqətə uyğun olmadığını bildirib.
“Bu məlumatlar həqiqəti əks etdirmir, belə bir hadisə ümumiyyətlə olmayıb”, – deyə o bildirib.
Budanov yayılan məlumatları danışıqlar prosesinə qarşı informasiya hücumları adlandırıb və Ukrayna üçün davamlı sülhün təmin edilməsinin əsas məqsəd olduğunu vurğulayıb.
Xatırladaq ki, “Le Monde” nəşri mənbələrinə istinadən Uitkoffun oktyabrın 9-da keçirilən danışıqlar zamanı Rusiya enerji resurslarının Ukrayna ərazisindən Avropaya tranzitinin bərpasını təklif etdiyini yazıb. Nəşrin məlumatına görə, bu təklif Budanovun kəskin reaksiyasına səbəb olub.
Bizim.Media