
Şimali Makedoniya 2027-ci ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində yenidən iştirak edəcək. Gələn il yarışmada ümumilikdə 36 ölkə təmsil olunacaq.
Bizim.Media xəbər verir ki, Avropa Yayım İttifaqının (EBU) məlumatına görə, Şimali Makedoniya maliyyə çətinlikləri səbəbindən dörd il müsabiqədə iştirak etməyib.
Ölkənin müsabiqədə indiyədək ən yaxşı nəticəsi 2019-cu ildə qeydə alınıb. Həmin vaxt Tamara Todevska “Proud” mahnısı ilə münsiflər heyətinin və tamaşaçıların səsverməsinin nəticələrinə əsasən 305 xal toplayaraq yeddinci yeri tutub. Şimali Makedoniya yarışmada ilk dəfə 1998-ci ildə iştirak edib.
2027-ci ildə Bolqarıstanda keçiriləcək müsabiqəyə Niderland da qayıdacaq, Kanada isə ilk dəfə qatılacaq. Bu il İsrailə görə müsabiqəni boykot edən İspaniya və Sloveniya isə gələn il iştirak edib-etməyəcəklərinə dekabr ayına qədər qərar verməlidirlər.