XİN: “Ermənistanın bəyanatını rədd edirik, buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüquqa uyğundur”

23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən bildirilib.

Bildirilib ki, “Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və qəbuledilməzdir. Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur.
Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.

Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır.

Eyni zamanda, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub.

Azərbaycanın Üçtərəfli bəyanat üzrə öhdəlikləri pozduğu barədə əsassız iddiaya gəldikdə Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Ermənistan rəhbərliyi ən yüksək səviyyədə Laçın yolundan hərəkətin təşkili məsələsində Üçtərəfli bəyanatla bu ölkəyə hər hansı bir funksiya verilmədiyini təsdiq edib.
Bu fonda, Ermənistan XİN-in Üçtərəfli bəyanatın tərəfi kimi Ermənistanın Azərbaycan tərəfindən atılan addımı qəbuledilməz adlandırması məntiqsiz və bəyan edilmiş bu mövqeyə ziddir. Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir.

Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.

Üçtərəfli bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.

Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə cəfəng iddiası əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik.

Sülh danışıqlarını boykot etmiş Ermənistanın XİN-in bu bəyanatı, bu hadisədən yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə kimi istifadə etmək niyyətindən xəbər verir.
Ermənistan tərəfinə bu kimi təxribatlardan əl çəkməyi, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağı, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik əvəzinə konstruktiv mövqe sərgiləməyi tövsiyə edirik. Bununla yanaşı, Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərinə son qoymağa çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Bakıda güclü külək ağacı aşırdı - Foto

Bakıda güclü külək ağacı aşırdı - Foto

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

“Evdə tək”in aktyoru vəfat etdi

“Evdə tək”in aktyoru vəfat etdi

Hərbi möhləti olanların diqqətinə - Bu halda ləğv ediləcək

Hərbi möhləti olanların diqqətinə - Bu halda ləğv ediləcək

Tarixi ada satışa çıxarıldı - Fotolar

Tarixi ada satışa çıxarıldı - Fotolar

Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bu məktəbin bütün məzunları universitetə QƏBUL OLDU

Bu məktəbin bütün məzunları universitetə QƏBUL OLDU

Tanınmış milyarderin lüks restoranı qonşuları ayağa qaldırdı

Tanınmış milyarderin lüks restoranı qonşuları ayağa qaldırdı

Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər

Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Qəbul olduğu ixtisasdan imtina edən abituriyentlərin yerləri niyə boş qalmalıdır? – Yeni TƏKLİF

Qəbul olduğu ixtisasdan imtina edən abituriyentlərin yerləri niyə boş qalmalıdır? – Yeni TƏKLİF

“Hesabların izlənilməsi”, “silinmiş yazışmaların bərpası” kimi xidmətlərə inanmayın! – DİN-dən ÇAĞIRIŞ

“Hesabların izlənilməsi”, “silinmiş yazışmaların bərpası” kimi xidmətlərə inanmayın! – DİN-dən ÇAĞIRIŞ

Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi – ANBAAN VİDEO

Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO