Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, hadisə avqustun 27-də saat 01:40 radələrində rayonun Qaraçı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Rəşad Ağa oğlu Məmmədseyidovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 17 yaşlı piyada Böyükağa Abasəli oğlu Abasovu vurub.
Qəza nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu