Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib.
Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib.
Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyini bildiriblər.
Qeyd edək ki, tanınmış aktyor dünya tamaşaçısına daha çox “Evdə tək 2” filmində “Plaza Hotel”in əməkdaşı “Mister Hektor” obrazı ilə tanınıb.
O, 1992-ci ildə çəkilən filmdə Makaley Kalkin ilə tərəf müqabili olub.


Bizim.Media