Bakıda əsən güclü külək fəsadlar törədib.
Bizim.Media Qaynarinfo.az-a istinadla xəbər verir ki, Ayna Sultanova adlanan ərazidə ağac aşaraq səkinin üzərinə düşüb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.


Bizim.Media