Bakının Nizami rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Hadisə Babək prospekti, 85K ünvanında qeydə alınıb. Bildirilir ki, orta yaşlı şəxs ətrafda insanların olmamasından istifadə edərək həyətə daxil olub və oradakı velosipedi götürərək ərazidən uzaqlaşıb.
Hadisə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Məlumata görə, oğurluqla bağlı polisə məlumat verilib. Hazırda əməli törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Bizim.Media