Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti sakinlərin yaşayış sahələri ilə bağlı müraciətlərinə münasibət bildirib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, xidmətin açıqlamasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış prosesi çərçivəsində genişmiqyaslı abadlıq, bərpa və quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı təmin edilir və onlar yeni yaşayış sahələri ilə təmin olunurlar.

Qurum bildirib ki, bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirir, yaşadıqları mənzillərin təmirindən narazılıq edirlər:

“Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma və yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, əlavə tikililərin, toyuq hini, mal-qara saxlanılması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər”.

Xatırladılıb ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, eləcə də əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb.

Xidmət vurğulayıb ki, dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində tədbirlər dövlət proqramları və təsdiq edilmiş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.

Qeyd edilib ki, təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır.

Tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlarla bağlı əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır:

“Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər. Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyəti qurum tərəfindən araşdırılır”.

Qurum qeyd edib ki, bir ildən çox yaşayışdan sonra “ev yararsızdır” kimi ümumi iddialar konkret faktlar və texniki baxışla əsaslandırılmalıdır.

Açıqlamada vurğulanıb ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Bakıda güclü külək ağacı aşırdı - Foto

Bakıda güclü külək ağacı aşırdı - Foto

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

“Evdə tək”in aktyoru vəfat etdi

“Evdə tək”in aktyoru vəfat etdi

End of content

No more pages to load

RADİO