Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi – ANBAAN VİDEO

Sükan arxasında yuxulayan sürücü qəza törədib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Görüntülərdə yuxulu olduğu ehtimal olunan sürücünün idarə etdiyi avtomobilin hərəkət istiqamətindən çıxaraq maneəyə çırpılması əks olunur. Baş verən hadisə bir daha göstərir ki, sükan arxasında yorğunluq və yuxululuğa laqeyd yanaşmaq ciddi təhlükə yaradır.

Yuxulu halda avtomobil idarə edən sürücünün diqqəti zəifləyir, reaksiya müddəti uzanır, yol şəraitini düzgün qiymətləndirmək və nəqliyyat vasitəsinə tam nəzarət etmək imkanları azalır.

Bəzən cəmi bir neçə saniyəlik mürgüləmə avtomobilin yüzlərlə metr nəzarətsiz hərəkət etməsi deməkdir. Bu isə təkcə maneəyə çırpılma ilə deyil, qarşı hərəkət zolağına çıxma, yoldan kənara aşma, piyadanın və ya digər nəqliyyat vasitəsinin vurulması kimi daha ağır nəticələrlə də yekunlaşa bilər.

Uzunmüddətli səfərlər zamanı, eləcə də kifayət qədər istirahət etmədən yola çıxarkən sürücülər öz fiziki vəziyyətlərini düzgün qiymətləndirməlidirlər. Gözlərin ağırlaşması, tez-tez əsnəmə, diqqətin yayınması və hərəkət zolağını saxlamaqda çətinlik hərəkəti davam etdirməyin təhlükəli olduğuna ciddi xəbərdarlıqdır.

Belə vəziyyətdə sürücünün ən doğru qərarı mənzil başına tez çatmağa çalışmaq deyil, təhlükəsiz yerdə dayanaraq istirahət etməkdir.

Çünki sükan arxasında yuxululuğa qarşı mübarizə apararaq hərəkəti davam etdirmək təhlükəni aradan qaldırmır, əksinə, ağır nəticəli yol-nəqliyyat hadisəsinin başvermə riskini artırır.

“Yuxulu halda yola davam etmək yalnız sürücünün öz həyatını deyil, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını da təhlükə altına qoyur. Yorğunluq və yuxululuq hiss etdiyiniz anda dayanmaq vaxt itirmək deyil, həyatınızı və başqalarının həyatını qorumaq üçün verilən düzgün qərardır” – məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Bakıda güclü külək ağacı aşırdı - Foto

Bakıda güclü külək ağacı aşırdı - Foto

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

“Evdə tək”in aktyoru vəfat etdi

“Evdə tək”in aktyoru vəfat etdi

End of content

No more pages to load

RADİO