Ölkədə yaranmış iqtisadi böhranla əlaqədar olaraq bir sıra müxalifət partiya və qurumları bir araya gələrək müzakirələr aparmaqdadır.
Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP), Ağ blok kimi təşkilatlar ölkənin böhrandan çıxmasına həsr olunmuş müzakirələrdə öz fikirlərini səsləndirməkdədirlər.xa0
Maraqlıdır, Milli Şura gələcəkdə bu müzakirələrdə iştirak edə bilərmi?
Qurumun Koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev məsələ barədə Moderator.az-a açıqlamasında qalmaqal yaradacaq fikirlər səsləndirib:
“Məncə, Milli Şuranın həqiqi dəyişiklik istəyindən daha çox, gündəmdə qalmaq məqsədi ilə təşkil olunmuş, eləcə də səmimiyyətdən daha uzaq, siyasi nihilizm nümayiş etdirilən hər hansı belə toplantılara qatılmaq niyyəti yoxdur”x9d.