Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bıçaq dəyəndə içi qarpız kimi qıpqırmızı çıxan bu meyvə dünyada təkcə bir yerdə bitir. Başqa torpağa əkildikdə bütün xüsusiyyətini itirib ağaran meyvəni pulla belə satın almaq olmur.

Bizim.Media xəbər verir ki, İtaliyanın şimalında, Florensiyadan iki saatlıq məsafədə yerləşən Apenin dağlarının ətəklərində salınmış Ville di Montecoronaro qəsəbəsində yer kürəsinin ən maraqlı bioloji irsi mövcuddur.

Kəsildiyi an içi qarpız kimi parlaq qırmızı rəng alan "Pera Kokomerina" adlı əsrlik armud növü məhdud coğrafiyası ilə dünyanın ən nadir meyvələri sırasındadır.
 

Qeyri-adi meyvəni bənzərsiz edən ən heyrətamiz amil onun təkcə bir yerdə yetişməsidir. Bölgədən götürülən tinglər başqa bir şəhərə və ya torpağa əkildikdə həmin o qırmızı və çəhrayı toxumasını tamamilə itirir; rəngsiz, iri və sıradan bir ağ armuda çevrilir. Alimlər bu sirli dəyişikliyi məhz həmin hündür dağ dərəsində mövcud olan xüsusi mikroklimat və gecə ilə gündüz arasındakı kəskin temperatur fərqi ilə əlaqələndirirlər.



Uzun illər yerli əhalinin sıradan bir bağ meyvəsi hesab edərək istehlak etdiyi "Pera Kokomerina"nın dünyadakı təkrarolunmaz dəyəri ilk dəfə 2001-ci ildə aparılan akademik araşdırma ilə üzə çıxıb. Aparılan yoxlamalar nəticəsində dünyadakı ümumi ağac sayının 40-dan aşağı düşdüyü müəyyən edilib. Öz doğma irslərinin məhv olmaq üzrə olduğunu anlayan qəsəbə sakinləri "Pro Ville" cəmiyyətini təsis ediblər.

Ağacları tək-tək sayaraq qoruma dairəsinə alan sakinlər bu gün qorunan ağacların sayını 200-ə çatdırmağı bacarıblar.

Tərkibində yüksək miqdarda təbii şəkər ehtiva edən bu qırmızı armud budaqdan qoparıldıqdan sonra demək olar ki, zamanla yarışır. Yetişdikdən sonra ən geci 4-5 gün ərzində istehlak edilməli olan məhsul təravətini uzun müddət qoruya bilmədiyi üçün uzaq bölgələrə göndərilə bilmir. Qəsəbə sakinlər bu maneəni aşmaq üçün meyvəni emal edərək xüsusi marmelad, likör və dondurma halına gətirirlər. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” – VİDEO

“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” – VİDEO

İlham Əliyev iraqlı həmkarını TƏBRİK ETDİ

İlham Əliyev iraqlı həmkarını TƏBRİK ETDİ

Ən zövqlü geyinən BÜRCLƏR

Ən zövqlü geyinən BÜRCLƏR

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO