İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman sağlamlıq üçün vacibdir, amma düzgün məşq edilmədikdə ciddi fəsadlara da yol aça bilər. Bu gün idman zallarında çalışan bəzi məşqçilərin peşəkar hazırlığı və müvafiq sertifikatının olub-olmaması sual doğurur. Bəzən sağlamlığını və fiziki formasını mütəxəssisə etibar edən insanlar qeyri-peşəkar məşqçinin yanlış yönləndirməsi ilə üz-üzə qalırlar.

Qeyd edək ki, ölkədə idman fəaliyyəti "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunvericiliyə əsasən, idman zallarında məşqçi kimi çalışmaq üçün müvafiq idman təhsili və ya akkreditasiyadan keçmiş sertifikat tələb olunur.

Bəs idman zalında məşqçi kimi fəaliyyət göstərmək üçün hansı tələblər var? Sertifikatsız şəxslərin fəaliyyətinə kim nəzarət edir və məşqçinin peşəkarlığını necə müəyyənləşdirmək olar?

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, ali idman təhsili olan şəxslər üçün əlavə sertifikat tələbi yoxdur:

"İdman akademiyasını bitirən, yəni bu sahədə ali təhsili olan şəxslərdən əlavə sertifikat tələb olunmur. Çünki onlar universitetdə təhsil aldıqları müddətdə bu peşənin incəliklərini öyrənir və xüsusi imtahanlar verirlər".

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı da zallardakı mövcud vəziyyəti dəyərləndirərək sertifikatlaşdırmanın əhəmiyyətini vurğulayıb:

"Əslində hər yerdə belə məşqçilər var. Hal-hazırda onların savadı önəmlidir. Sertifikat olmaya bilər, ama əsas odur ki, savadları olsun. Bununla belə, sertifikatın olmağı pis şey deyil, əslində mütləqdir və vacib məsələdir. Çünki sertifikat bir tərəfdən də məşqçinin savadından, idman təhsilindən xəbər verir. Amma sertifikatı olmayan, lakin savadı olan məşqçilər də var ki, işi bununla da idarə etmək olar. Hər halda məşqçilərin hamısında sertifikatlaşdırma olsa, daha yaxşı olar".

Kamil Zeynallı qeyd edib ki, sözügedən məsələ ilə bağlı Bodibildinq Federasiyası məşğul olur:

“Məşqçilər özləri ora müraciət etməlidirlər. Mən özüm də illərcə sertifikatsız başlamışam, sonradan sertifikatımı almışam. Ona görə də bu gün bu məsələdə həm savad əsasdır, həm də savadla yanaşı sertifikatın olması vacibdir".

Ayşəm Rüstəmli, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

End of content

No more pages to load

RADİO