Dünən jurnalist idi, bu gün kral... - Fotolar

Uqandanın ənənəvi Tooro Krallığında Kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin 34 yaşında vəfat etməsindən sonra yeni kral seçilib. 55 yaşlı keçmiş jurnalist və televiziya aparıcısı Şahzadə II Edvard Rukidi Kiyanqanoma Nyabonqo Babiito kral klanının 21 nəfərlik komitəsi tərəfindən kral elan edilib.

Bizim.Media xəbər verir ki, Şahzadə Edvard ənənəvi mərasimlərlə taxta çıxıb.

1970-ci ildə anadan olan Şahzadə Edvard Makerere Universitetində kütləvi kommunikasiya üzrə təhsil alıb və 1999-cu ildə məzun olub. O, Uqanda və qonşu Ruandada 21 ildən çox jurnalist və televiziya aparıcısı kimi çalışıb, həmçinin Uqanda Yayım Korporasiyasında fəaliyyət göstərib.

Kral kimi ilk açıqlamasında Şahzadə Edvard jurnalistika illərində qurduğu əlaqələrdən Tooro xalqının xeyrinə istifadə edəcəyini bildirib.

“Mənə bu titulu kral kimi verdilər, amma mən tək işləyə bilmərəm, sizinlə işləməliyəm”, - deyə Şahzadə Edvard bildirib.

Şahzadə Edvardın tacqoyma mərasimi gecə yarısı başlayıb. O, mərasimlərin bir hissəsi olaraq Karuziika Kral Sarayına qədər təxminən 4 kilometr piyada gedib.

Mərasim zamanı krallığın asanlıqla əldə edilmədiyini simvolizə edən ənənəvi mübarizə keçirilib.

Daha sonra Şahzadə Edvard kral klanının üzvləri tərəfindən xeyir-dua alıb. Şahzadənin taxta çıxması ilə Tooro Krallığının hakimiyyəti Kral Oyonun mənsub olduğu sülalənin əsas qolundan başqa bir qola keçib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” – VİDEO

İlham Əliyev iraqlı həmkarını TƏBRİK ETDİ

Ən zövqlü geyinən BÜRCLƏR

Ən zövqlü geyinən BÜRCLƏR

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Azərbaycanda daha bir alternativ enerji yaradıla bilər – Sumqayıt və Novxanının SAYƏSİNDƏ

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

Dünən jurnalist idi, bu gün kral... - Fotolar

Dünən jurnalist idi, bu gün kral... - Fotolar

Yanan köşkdən 58 yaşlı kişinin meyiti TAPILDI

İnsanları diri-diri kəsməyin qarşısını alan vasitə – 180 ildir alimlər sirrini tapa bilmir

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Qusar dağları ağ örpəyə büründü – VİDEO

End of content

No more pages to load

RADİO