6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında inşa edilən, “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binadan 6 il əvvəl mənzil alan Elbrus Kərimov hələ də evinə köçə bilmir.

Bizim.Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, Elbrus Kərimov 2020-ci ildə elan saytlarından birində sözügedən binada 36 min manata mənzil satıldığını görüb.

O, bağ evini 40 min manata sataraq həmin mənzili alıb. Lakin sonradan bununla bağlı problemlərlə üzləşib.

Kərimovun sözlərinə görə, müqavilə əsasında aldığı mənzilin 57 kvadratmetr sahəsi olub və ona ödənişlə bağlı arayış da təqdim edilib:

“11-ci mərtəbədə 57 kvadratmetrlik mənzil aldıq. Bir neçə aydan sonra məlum oldu ki, bu binada problemlər var. Eşitdik ki, bir mənzil bir neçə nəfərə satılıb. Daha sonra bizə başqa blokda, 15-ci mərtəbədə mənzil təklif etdilər. Həmin mənzili təmir etməyə başladıq. Təmir üçün bizə arayış da verdilər. Sonradan xəbər gəldi ki, guya mənzil səhvən verilib və bizim ev bir mərtəbə aşağıdadır. Ora da təxminən 6-7 min manat xərc çəkdik”.

Ailə tikinti şirkəti ilə razılaşaraq yeni mənzilə köçməyə qərar verib. Lakin bu dəfə onlara nə mənzilə dair sənəd verilib, nə də müqavilə imzalanıb.

Elbrus Kərimov bildirir ki, bir müddət sonra şirkət əməkdaşları vasitəsilə mənzilin əvvəl ucuz qiymətə satıldığı və əlavə ödəniş tələb olunduğu barədə məlumat alıblar:

“Yeddi ildən sonra dedilər ki, guya evi sizə ucuz satmışıq və indi əlavə pul ödəməlisiniz. Təxminən 15 gün əvvəl evə getmək istəyəndə gördük ki, bizim qapı sökülüb, kəsilib, yoxdur. Yerinə başqa qapı qoyulub və mənzildə təmir gedir”.

Bundan sonra Kərimov həmin mənzilin qarşısına gedib. O, qapını döyərək içəridə olan şəxslərdən qapını açmalarını istəyib, lakin mənzili açan olmayıb.

Bəs belə olduğu halda tikinti şirkətini hansı cəza gözləyir?

Məsələ ilə bağlı hüquqşünas Cavid Cəfərov bildirib ki, vətəndaşın pulunun alınması və mənzil müqaviləsinin təqdim edilməsi yolu ilə onun aldadılması, eləcə də etibarından sui-istifadə edilərək əmlakının ələ keçirilməsi dələduzluq əlamətləri yarada bilər. Onun sözlərinə görə, zərərçəkmiş şəxs tikinti şirkətinin rəhbərliyinə qarşı məhkəmə qaydasında da tələb irəli sürə bilər.

“İnşaat Konstruksiyaları” MMC isə zənglərə cavab verməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” – VİDEO

“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” – VİDEO

İlham Əliyev iraqlı həmkarını TƏBRİK ETDİ

İlham Əliyev iraqlı həmkarını TƏBRİK ETDİ

Ən zövqlü geyinən BÜRCLƏR

Ən zövqlü geyinən BÜRCLƏR

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - Video

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO