Qida rasionuna çərəzlərin əlavə edilməsi beyin sağlamlığına müsbət təsir edir.
Bizim.Media "Sabah" a istinadla xəbər verir ki, "Food & Function" jurnalında dərc olunan araşdırmada orta yaşları 61 olan 1 771 yetkinin qidalanma vərdişləri və zehni sağlamlıq göstəriciləri araşdırılıb.
Nəticələr göstərib ki, balanslaşdırılmış qidalanma rasionuna çərəzlərin əlavə edilməsi beyin sağlamlığı baxımından faydalıdır.
Fındıq, qoz, badam kimi çərəzlərin hətta az miqdarda istehlakının belə koqnitiv funksiyaları yaxşılaşdırdığı müşahidə olunub.
"Nutrients " jurnalında dərc olunan digər araşdırmada isə 45 yaş və yuxarı yaşlı 17 mindən çox yetkinin 18 il ərzində qidalanma vərdişləri təhlil edilib. Gündəlik kiçik bir porsiya çərəz istehlakının beyin sağlamlığına daha yaxşı təsir etdiyi müəyyənləşdirilib.
Digər tərəfdən, Avstraliyada 2 100-dən çox yetkin üzərində aparılan araşdırma göstərib ki, ultra-emal olunmuş qidalardan daha çox istifadə edən insanların diqqət və zehni fəaliyyət göstəriciləri digər şəxslərlə müqayisədə daha aşağı olub.
Bizim.Media