Tovuzda baş verən hadisənin təfərrüatları məlum olub.
Bizim.Media “azertag.az”a istinadən xəbər verir ki, Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası - 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.
Bizim.Media