Ermənistan ordusunun qadın snayperçiləri – Məhv edilən və hələ də sağların SİYAHISI – FOTO

Ermənistan tərəfinin qadınlardan döyüş əməliyyatlarında aktiv istifadə etdiyi heç kimə sirr deyil, xüsusən də, snayperçi qismində. İstər I və II Qarabağ müharibələrində, istərsə də atəşkəs dönəmindəki toqquşmalarda məhv edilən, yaxud əsir götürülən erməni, ya da digər millətlərdən olan qadın snayperçilərə tez-tez rast gəlmişik.

Onların içərisində müharibə cinayətləri törətmiş, yaxud da xüsusi qəddarlığı ilə seçilmiş simalar da olub.

Doğrudur, hal-hazırda da Ermənistan ordusunda xidmət etməyə davam edən qadın snayperçilərin adları, kimlikləri və törətdikləri əməllərlə bağlı məlumatlar olduqca kasaddır.

Lakin müharibə və atəşkəs dönəmində ordumuzun ya əsir götürməklə, ya da məhv etməklə sıradan çıxardığı kifayət qədər qadın snayperlə olub.

Maral Nacaryan


Livan vətəndaşı olan Maral Nacaryan 44 günlük müharibə dövründə Azərbaycana qarşı döyüşmək üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra itkin düşdüyü bildirilib. Müharibədən bir neçə həftə sonra isə onun ordumuz tərəfindən əsir götürüldüyü məlum olub. 2021-ci ilin martında Nacaryan Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Livana qayıdıb. O, hətta Ermənistan pasportunu götürməkdən də imtina edib.

Lakin bir neçə ay sonra, ötən ilin sentyabrında Maral yenidən Ermənistanda peydə olub. Onun hazırda İrəvanın yaxınlığındakı kəndlərin birində yaşadığı bildirilir. Dövlət tərəfindən heç bir dəstək almadığı qeyd olunan Maral Nacaryanın dizində iltihab əmələ gəldiyi, onurğasında problem yarandığı  və yeriməkdə belə çətinlik çəkdiyi deyilir.

Hasmik Arzumanyan

Ermənistan ordusunun kiçik çavuşu 1985-ci il təvəllüdlü Hasmik Arzumanyan Vətən müharibəsinin ilk günündə Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən snayperçidir.

Hasmik Arzumanyan 2014-cü ildə Ermənistan Silahlı Qüvvələrinə qoşulub. O, 2016-cı ilin aprel döyüşlərində də ordumuza qarşı savaşıb.

Yurida Qabrelyan

Aprel döyüşləri, 44 günlük müharibə və sentyabr toqquşmalarında iştiran edən Yurida Qabrelyan siyahıdakı digər snayperçilərdən fərqli olaraq daha gəncdir. 29 yaşlı Qabrelyanın hal-hazırda da Ermənistan ordusunda muzdlu olaraq xidmətinə davam etdiyi ilə bağlı məlumatlar var. O, aprel döyüşlərindəki xidmətlərinə görə Sarkisyan tərəfindən “İgidliyə görə” medalı ilə də təltif edilib.

Susanna Qriqoryan


Digər bir erməni snayperçi Susanna Qriqoryan isə sentyabrın 12-14-də Ermənistanın sərhəd təxribatlarından sonra baş verən toqquşmalarda PUA zərbəsi ilə məhv edilib. 56 yaşlı Susanna daha əvvəl I Qarabağ savaşında, eləcə də aprel döyüşlərində iştirak edib. Diqqətçəkən məqamsa ondan ibarətdir ki, S. Qriqoryan 2019-cu ildə insult keçirməsinə rəğmən, 44 günlük müharibədə də iştirak etməyə müəssər olub. 

Alisa Melkonyan


Azərbaycan hərbçilərinin sentyabrın 13-də sərhəddəki təxribatlar zamanı məhv etdiyi 42 yaşlı erməni qadın döyüşçü Alisa Melkonyan qardaşı Qaqik Melkonyan “Aprel döyüşləri”ndə öldürülən Qaqik Melkonyanın bacısı olub. O, qardaşı məhv edildikdən sonra orduya yazılıb və Göyçə istiqamətində xidmətdə olub. 44 günlük müharibədə də iştirak edən Alisanın döyüş yoluna isə bu ilin 13 sentyabrında son qoyulub.

Marqarita Xaçatryan


Erməni qadın snayperləri arasında ən məhşurlarından olan Marqarita Xaçatryan I Qarabağ və aprel döyüşlərində iştirak edib. O, sonradan Ermənistanda “Əsgər anaları” adlı ictimai birlik yaradaq, ona sədrlik edib. Marqaritanın I Qarabağ savaşında əsgərlərimizə qarşı işgəncələrdə də iştirak etdiyi ilə bağlı məlumatlar var. Ahıl yaşlarında olan Marqaritanın adı son zamanlarda Paşinyana qarşı etiraz mitinqlərində və həlak olmuş erməni hərbçilərinin analarına qarşı dələduzluq etməkdə hallanır.

Anuş Apetyan

Sentyabr döyüşlərində məhv edilən bir digər snayperçi qadın 1979-cu il təvəllüdlü Anuş Apetyandır. Əvvəllər tibb bacısı olan Anuş hərbi karyerasına VOMA-nın təlim mərkəzlərində başlayıb. O, Tovuz döyüşləri və Vətən müharibəsində iştirak edib. Apetyanın məhv edildiyi post ordumuz tərəfindən nəzarətə götürüldükdən sonra, onun cəsədinin görüntüləri sosial şəbəkələrdə yayılmışdı.

Məhv edilən və hal-hazırda da xidmətlərini davam etdirən erməni qadın snayperçilərin sayı kifayət qədərdir.

Onların əksəriyyəti terrorçu qrupların tərkibində təlimlər keçərək, ordumuza qarşı əməliyyatlarda iştirak ediblər. Şübhəsiz ki, qadın snayperçilərin içərisində müharibə cinayətləri törətmişlərin sayı da az deyil. Onların əməllərinə görə məsuliyyətə cəlb edilməsi isə vacib məsələ olaraq qalmaqdadır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin bunu da bacardı: Robot at - VİDEO

Çin bunu da bacardı: Robot at - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu - ÖLƏN VAR

Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu - ÖLƏN VAR

ANS nümunəsi və Celal Çiftçi işi

ANS nümunəsi və Celal Çiftçi işi

Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı

Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

İran Hörmüz boğazını 6 günə aça bilər - Nazir

İran Hörmüz boğazını 6 günə aça bilər - Nazir

Zelenski: “ABŞ rəsmən Rusiyanın tərəfini tutarsa, biz duruş gətirə bilməyəcəyik” - VİDEO

Zelenski: “ABŞ rəsmən Rusiyanın tərəfini tutarsa, biz duruş gətirə bilməyəcəyik” - VİDEO

Almaniya kəşfiyyatının sabiq rəhbəri uzun illər Patruşevlə niyə görüşüb?

Almaniya kəşfiyyatının sabiq rəhbəri uzun illər Patruşevlə niyə görüşüb?

Sahibə Qafarova Qırğızıstanda TÜRKPA-nın iclasında iştirak edəcək

Sahibə Qafarova Qırğızıstanda TÜRKPA-nın iclasında iştirak edəcək

Hadrutdan yeni FOTOLAR

Hadrutdan yeni FOTOLAR

Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq

Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq

Ukrayna səfiri dəstəyə görə Azərbaycana minnətdarlıq etdi - FOTO

Ukrayna səfiri dəstəyə görə Azərbaycana minnətdarlıq etdi - FOTO

Paris etirazlardan sonra - VİDEO

Paris etirazlardan sonra - VİDEO

Albaniyanın Baş naziri Rusiya və İranı ittiham etdi - VİDEO

Albaniyanın Baş naziri Rusiya və İranı ittiham etdi - VİDEO

Makron həyat yoldaşı ilə Selin Dionun konsertinə getdi - Tənqid olundular - VİDEO

Makron həyat yoldaşı ilə Selin Dionun konsertinə getdi - Tənqid olundular - VİDEO

Tramp: "Fransa yanır! İmmiqrasiya ölkəni məhv edib" - FOTO

Tramp: "Fransa yanır! İmmiqrasiya ölkəni məhv edib" - FOTO

"İmişli" "Turan Tovuz"u məğlub etdi - VİDEO

"İmişli" "Turan Tovuz"u məğlub etdi - VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandı

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandı

End of content

No more pages to load

RADİO