Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı

Təbiət qoynunda ov həyəcanı yaşamaq istəyən həvəskarlar üçün növbəti ov mövsümünə start verilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların siyahısı, ovlanma müddətləri və müəyyən edilmiş normalar barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər.

Bəs hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş ovçuların sayı nə qədərdir? Ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər hansı prosedurlardan keçməli və bunun üçün hansı sənədləri təqdim etməlidirlər? Ölkəmizdə ov həvəskarları daha çox hansı heyvan və quş növlərinin ovuna maraq göstərirlər?

Bizim.Media  mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Müraciətlər ASAN xidmət vasitəsilə qəbul olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, ovçuluq bileti almaq istəyən vətəndaşlar müəyyən edilmiş prosedurlardan keçməlidirlər.
 

Onun sözlərinə görə, ovçuluq bileti Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən verilir. Bunun üçün vətəndaşlar ərizə, ov silahının saxlanılması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərini, həmçinin 3x4 santimetr ölçüdə iki fotoşəkli 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə təqdim etməlidirlər.

 

Sənədlər təqdim edildikdən sonra müraciət edən şəxslər hər həftənin cümə günü Xidmətdə keçirilən imtahanda iştirak edirlər. İmtahandan uğurla keçən vətəndaşlara ovçuluq bileti 5 saylı Bakı "ASAN xidmət" mərkəzində təqdim olunur.

5 073 nəfər ovçuluq bileti alıb

R.Allahverdiyevin sözlərinə görə, nazirlik indiyədək ümumilikdə 5 073 vətəndaşa ovçuluq bileti verib. Son illərin statistikası isə bu sənədi alanların sayında ardıcıl azalma olduğunu göstərir.

Belə ki, 2022-ci ildə 143, 2023-cü ildə 79, 2024-cü ildə 37, 2025-ci ildə isə 30 nəfər ovçuluq bileti əldə edib. 2026-cı ilin ilk doqquz ayı ərzində bu göstərici cəmi 15 nəfər olub.

Xidmət rəisinin müavini qeyd edib ki, cari ov mövsümündə vəhşi heyvanlardan qabanın (çöl donuzunun) və dovşanın, quş növlərindən isə qazın, ördəyin, qaşqaldağın və cüllütün ovlanmasına icazə verilib. Onun sözlərinə görə, ovçular daha çox ördək və qaşqaldaq ovuna maraq göstərirlər.

Ən bahalı ov qaban, ən ucuz ov isə qaşqaldaqdır

Ekoloq və biomüxtəliflik üzrə ekspert Arzu Mustafayev bildirib ki, imtahandan uğurla keçən vətəndaşlara bir il müddətinə ovçuluq vəsiqəsi verilir. Vəsiqənin illik rüsumu 24 manatdır.

 

Ovçuluq vəsiqəsi alındıqdan sonra növbəti mərhələ ov silahının əldə edilməsi və onun saxlanılması üçün müvafiq sənədin alınmasıdır. A.Mustafayevin sözlərinə görə, ov silahı ilə bağlı sənədlər Daxili İşlər Nazirliyi tərəfindən verilir. Bu zaman vətəndaşa silahın saxlanılması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamə təqdim olunur.


Ekspert bildirib ki, ovlanacaq növlərdən asılı olaraq ödəniş məbləğləri dəyişir. Məsələn, qaşqaldağın ovlanması üçün ödəniş 31 qəpik, qaban üçün isə 22 manat təşkil edir. Ovçular ovlamaq istədikləri növlərə uyğun paket seçərək ödəniş edə bilərlər.

Məsələn, üç qaşqaldaq və üç ördəkdən ibarət altı quş üçün 6 manat 11 qəpik ödənilir.

"Biletdə cədvəl verilir və həmin cədvəldə paketə daxil olan heyvanlar qeyd olunur. Ovçu quş, çaqqal, yoxsa qaban ovuna gedəcəyini dəqiqləşdirir. Daha sonra banka gedərək seçdiyi paketə uyğun ödəniş edir və regional ekologiya idarəsinə müraciət edir.

İdarəyə ovçuluq biletini, ov silahının sənədini, şəxsiyyəti təsdiq edən sənədi və ödəniş qəbzini təqdim etməlidir. Hər kəs qeydiyyatda olduğu rayon üzrə regional idarəyə müraciət etməlidir. Orada hazır ərizə forması olur və ov üçün müəyyən edilmiş günə icazə verilir", - deyə ekspert bildirib.

Ovçular daha çox su quşları, qaban ovuna maraq göstərirlər

A.Mustafayev qeyd edib ki, bəzi heyvanların ovlanması zamanı xüsusi təhlükəsizlik tələbləri nəzərə alınır. Qaban təhlükəli heyvan olduğundan onun ovuna ən azı üç ovçu birlikdə getməlidir. Hər üç ovçunun da tələb olunan sənədləri olmalıdır.

Ekspertin sözlərinə görə, eyni tələb ayı ovuna da şamil edilir. Lakin hazırda ayı ovuna icazə verilmədiyindən bu qayda tətbiq olunmur.

Azərbaycanda ovçuların üstünlük verdikləri növlərə gəlincə, ekspert bildirib ki, su quşları, qaban və digər iri məməlilər daha çox maraq doğurur. Xırda məməlilərdən çaqqal, dovşan və nutriyanın ovuna isə maraq nisbətən azdır.

Qanuni ovçular azalır, brakonyerlik təhlükəsi qalır

A.Mustafayevin təxmininə görə, Azərbaycanda ovçuların sayı təxminən 50 min nəfərdir. Ekspert hesab edir ki, ovçuluq sahəsində mövcud sistemsizlik qanuni ovçuların fəaliyyətinə mənfi təsir göstərir.

O bildirib ki, əvvəllər ov mövsümü iyunun 1-2-də başlayırdı, lakin sonradan bu tarix oktyabrın 10-na keçirilib. Ekspertin fikrincə, mövsümün başlanma tarixinin dəyişdirilməsi üçün əsaslandırma yoxdur və bu, qanuni ovçuluqla məşğul olmaq istəyən şəxslər üçün çətinlik yaradır.

"Qanuni və mədəni ovçuluqla məşğul olmaq istəyən şəxslər mövcud vəziyyətə görə ova getməkdən çəkinirlər. Çünki onlar əlavə stres yaşamaq istəmirlər. Digər tərəfdən, ovçuluq təsərrüfatlarının ətraf ərazilərində yaşayan bəzi şəxslər satış məqsədilə heyvanları kütləvi şəkildə ovlayırlar. Nəticədə heyvanların limitsiz ovlanması halları baş verir", - deyə ekspert bildirib.
 

Onun fikrincə, ov mövsümünün vaxtında açılması qanuni ovçuların prosesdə iştirakına və brakonyerlik hallarının aşkarlanmasına da kömək edir. Belə ki, ovçular qanunsuz ov faktları ilə rastlaşdıqda aidiyyəti qurumlara məlumat verir, videoçəkilişlər apararaq pozuntuların qeydə alınmasına yardım göstərirlər.


A.Mustafayev ovçuluğun qədim ənənələrə malik və inkişaf perspektivi olan sahə olduğunu vurğulayıb. Onun fikrincə, ovçuluq sənayesinin hazırkı vəziyyəti və ümumi inkişaf səviyyəsi qonşu region ölkələri ilə müqayisədə geri qalır.

Ekspert hesab edir ki, bu sahənin potensialından səmərəli istifadə etmək üçün qanuni ovçuluğa mane olan problemlər aradan qaldırılmalı, ovçuların fəaliyyəti üçün daha sistemli şərait yaradılmalı və qanunsuz ov hallarına qarşı mübarizə gücləndirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Çin bunu da bacardı: Robot at - VİDEO

Çin bunu da bacardı: Robot at - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu - ÖLƏN VAR

Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu - ÖLƏN VAR

ANS nümunəsi və Celal Çiftçi işi

ANS nümunəsi və Celal Çiftçi işi

Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı

Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu - ÖZƏL

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

Naxçıvanda avtomobil piyadanı vurdu - FOTO

Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

İran Hörmüz boğazını 6 günə aça bilər - Nazir

İran Hörmüz boğazını 6 günə aça bilər - Nazir

Zelenski: “ABŞ rəsmən Rusiyanın tərəfini tutarsa, biz duruş gətirə bilməyəcəyik” - VİDEO

Zelenski: “ABŞ rəsmən Rusiyanın tərəfini tutarsa, biz duruş gətirə bilməyəcəyik” - VİDEO

Almaniya kəşfiyyatının sabiq rəhbəri uzun illər Patruşevlə niyə görüşüb?

Almaniya kəşfiyyatının sabiq rəhbəri uzun illər Patruşevlə niyə görüşüb?

Sahibə Qafarova Qırğızıstanda TÜRKPA-nın iclasında iştirak edəcək

Sahibə Qafarova Qırğızıstanda TÜRKPA-nın iclasında iştirak edəcək

Hadrutdan yeni FOTOLAR

Hadrutdan yeni FOTOLAR

Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq

Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq

End of content

No more pages to load

RADİO