Misli Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "İmişli"nin qonağı olub.
Yevlax şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub.
Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "İmişli" doqquzuncu pillədə qərarlaşıb. Tovuz təmsilçisi 14 xalla dördüncü sıradadır.
Turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.
Bizim.Media