Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun mövqeyinin dəyişməsi və Moskvaya göstərilə biləcək dəstəyin fəsadları barədə növbəti xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, xarici KİV-ə müsahibəsində danışıb.
Dövlət başçısının sözlərinə görə, Birləşmiş Ştatların Rusiya tərəfində yer alması Ukrayna üçün həlledici və mənfi dönüş nöqtəsi ola bilər.
Volodimir Zelenski bəyan edib ki, əgər Vaşinqton rəsmi şəkildə Rusiyanın mövqeyini dəstəkləyərsə, Ukrayna qələbə qazana və təzyiqlərə qarşı duruş gətirə bilməyəcək.
Ukrayna lideri ABŞ-ın Vladimir Putini dəstəkləməsi ehtimalını innanılmaz adlandıraraq, belə bir addımın böyük faciə və tarixi bir səhv olacağını vurğulayıb.
Bizim.Media